Son günlər Bakıda tutulan jurnalist haqqında əlavə məlumatlar əldə olunub
İranın “Səhər” telekanalının Azərbaycandakı nümayəndəliyinin müxbiri Anar Bayramlının hüquqlarını vəkil Anar Qasımlı müdafiə edəcək. Anar Qasımlının sözlərinə görə, Anar Bayramlının qohumları ilə müqavilə imzalayıb: “Anar Bayramlını həbs edən Binəqədi Rayon Polis İdarəsində oldum. O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə ittiham olunur”.Vəkil Anar Bayramlının Bakı İstintaq Təcridxanasında saxlandığını deyib: “Fevralın 21-də onunla görüşəcəm”. \mediaforum\
islamazeri.az