Səudiyyə Ərəbistanı polisi krallığın Qərb vilayətində hökumət əleyhinə nümayişi dağıdarkən çox sayda etirazçını həbs edib
İslamazeri.az-ın ''PressTV''yə istinadən verdiyi xəbərə görə, nümayiş fəalları hüquq-mühafizə orqanları əməkdaşlarının Səfva vilayətində bir neçə gənci qaçırdıqlarını bildiriblər.
Nümayişçilər ədalətsizlik və dini ayrı-seçkiliyə son qoyulmasını tələb ediblər.
Səudiyyə Ərəbistanı qadınları ziyalıları və jurnalistləri ölkədə baş verən hadisələri dünya ictimaiyyətinə olduğu kimi çatdırmağa çağırıblar.
Xatırladaq ki, bu ölkədə nümayişlər başlayandan sonra onlarla fəal həbs olunub, bir neçə nəfər isə həlak olub.
islamazeri.az