اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Səyavuş Aslanın vəziyyəti ağır olaraq qalır

Yayım Tarixi: 06.08.2011 11:47
Mədəniyyət
Yazı ölçüsü: büyüt küçült         

haber
Xalq artisti Səyavuş Aslanın vəziyyəti ağır stabil olaraq qalır.

Bu barədə APA-ya açıqlamasında Klinik Tibbi Mərkəzin baş həkimi Tərlan Bəbirov məlumat verib. O, qeyd edib ki, xalq artistinin nitqində problemlər var: “Xəstənin beyninə qan sızıb. Bunun əlamətləri hələ də özünü göstərir. Burada yaş amili də var. Onu deyə bilərəm ki, xəstənin səhhətində yaxşılığa doğru ciddi irəliləyiş müşahidə olunmur, amma vəziyyət pisliyə doğru da getmir. Ümid edirik ki, sevimli aktyorumuzun vəziyyəti tezliklə stabilləşəcək”.Baş həkim bildirib ki, Səyavuş Aslan müalicəsi hazırda reanimasiya şəraitində davam edir.Qeyd edək ki, avqustun 3-də Səyavuş Aslanın vəziyyəti qəflətən pisləşib və o, 4 saylı şəhər xəstəxanasına yerləşdirilib. Avqustun 4-də isə aktyor Klinik Tibbi Mərkəzə köçürülüb.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768