Körpələrinin balanslı qidalanmasına böyük əhəmiyyət verməlidir, həmçinin bu qidalanma uşağın xoşbəxtliyinə kölgə salmamalıdır
Sağlamlığın təməli ilk 3 yaşda qoyulur.
Bu mərhələ onun gələcək sağlamlığında təyinedici olur.
Bəs körpənizin sağlam qidalanması üçün ümumi prinsiplər nə olmalıdır?
1. Bir yaşından sonra 13-14 aylıq olan uşağa artıq ailənin digər üzvləri ilə birlikdə süfrəyə oturmaq vərdişini öyrədə bilərsiniz.
13 aylıq olduqdan sonra uşağın ayrı bir qabı olmalıdır, nəyi nə qədər yeməyinə diqqət yetirilməlidir.
Siz, uşağınıza nə qədər yeyəcəyini bildiyinizin qədər yemək verməli və daha çox yemək yemək seçimini uşağınızın öhdəsinə buraxmalısınız.
2. Uşaqlara mümkün qədər erkən dövrlərdə çəngəl qaşıqdan sərbəst istifadə edərək yemək yeməyi öyrədilməlidir.
3. Bu dövrdə uşaqlar gündə dörd-altı dəfə qidalanmalı, əsas qida qruplarından süd və südlü qidalar, ət, toyuq, balıq, yumurta və paxlalılar, tərəvəz və meyvələr, unlu və nişastalı qidalar normada və bərabər verilməlidir.
Ölkəmizdə ən çox edilən səhvlərdən biri uşağı yeməyin suyuna çörək doğrayaraq qidalandırmaqdır.
Heç bir qidalandırıcı dəyəri olmayan bu qidalanma üsulu istifadə edilməməlidir.
4. Hər gün ət və paxlalılardan bir ikisi qidalanma siyahısında olmalıdır. İstəsəniz bu qidalara tərəvəz yeməkləri qarışdıraraq da verə bilərsiniz, beləcə uşağın yemək istəmədiyi bir qida olsa belə digər dadların arasına qarışacaqdır.
5. Hər gün bir yumurta yedirtməyə çalışmalısınız, ancaq hər gün ət yeyən uşağa yumurtanın günaşırı verilməsi daha uyğundur.
6. Uşaqlara hər gün yarım litr süd verilməlidir. Süd hər şəkildə verilə bilər.
Südün tərkibindəki kalsium uşaqların inkişafı üçün çox əhəmiyyətlidir.
25 qram pendirdə də 200 qram süddəki qədər kalsium var.
7. Gündə bir ya da iki dəfə tərəvəz verilməlidir, hətta qida dəyərini artırmaq üçün içinə paxlalı və zülal tərkibli qidalar əlavə olunmalıdır.
8. Meyvə gündə bir-iki dəfə verilməlidir. 1 porsiyadan daha artıq meyvə vermək tərəvəzin əvəz edə bilər. Həmçinin meyvə şirələri də meyvəni əvəz edə bilər.
9. Gündə bir-iki dəfə nişastalı qidalar və üç dilim çörək qidalanma siyahısında mütləq olmalıdır.
10. Hər növ şirniyyat, tort, keks, dondurma tez-tez verilməməsi lazım olan yeməklərdir. Uşaq şirniyyatla mümkün qədər gec yaşlarında tanış edilməlidir.
Yeməklər arasında uşağa şirniyyat vermək iştahı azaldaraq qeyri-kafi qidalanmaya gətirib çıxardığı kimi, diş çürüklərinin əmələ gəlməsində əsas səbəbdir.
11. Çay və qəhvənin tərkibində kofein olduğundan əsəbilik yaratdığı üçün bu qidaların körpəyə verilməməsi ən yaxşısıdır.
12. İsti havalarda bədəndə su itgisi daha çox olur. Tükənən suyu faziləsiz metabolik fəaliyyət üçün mütləq yenidən bərpa etməliyik.
Hər 1 Kkal enerji üçün 1 ml maye tövsiyyə olunur. Buna görə 1-3 yaş uşaqların orta hesabla alacaqları maye cəmi 1000-1500 ml olmalıdır.
13. Dondurma, uşaqlar üçün imtina edə bilmədikləri bir şirnidir və digər şirniyyatlar arasında ayrı bir yeri vardır. 100 qr. dondurmanın qida dəyəri: 193 kalori, 4,5 q zülal, 148 mq kalsium, 0,1 mq dəmir-dir. Uşağınıza rahatlıqla müəyyən ölçülərdə dondurma verə bilərsiniz.
1-3 yaş uşaq qidalanmasında ən əhəmiyyətli qida elementləri zülal, kalsium, enerji və dəmirdir. 1 stəkan süd yerinə 100 q dondurma verilə bilərsiniz. 1 dondurma 40-45 kaloridir və 35 mg kalsium daxildir. Xüsusilə kökəlməyən uşaqlara üzərində fıstıq, badam, şokolad parçaları olan dondurma verilərsə yaxşı enerji qaynağı təmin etmiş olarsınız. Lakin diqqət yetirilməsi lazım olan vacib məqam hazır dondurmaların istehsal tarixidir.
14. Hazır meyvə suyu, kola, qazlı limonadın qidalanma dəyəri olmadığı üçün uşaqlara verilməsi məsləhət deyil. Bu içkilərlə tanışlıq mümkün olduğunca gec yaşlarda olmalıdır. Ancaq bu içkilərin əvəzinə təzə sıxılmış meyvə suyu, süd, ayran içilməsi daha düzgün ola bilərdi.
1-3 yaşındakı uşaqlar üçün nümunə menyu:Səhər: 1/2 stəkan süd
1/2 banan
1 dilim pendir
1 dilim çörək
1/2 qaşıq kərəyağı
1/2 qaşıq bal
Arada: 1/2 stəkan təzə meyvə suyu
3-5 dənə uşaq peçenyesi
Nahar: 45 qr mal əti
1/2 stəkan qatıq
Şorba (1 balaca fincan mərcimək)
1/3 Balqabaq
1/3 Kök
1/3 kəvər
1 qaşıq yağ qarışdırılaraq şorba hazırlanır.
Arada:15 qr pendir
3 kreker
Axşam:1/2 srəkan yoqurt/qatıq
1/4 düyü+brokkoli+1 qaşıq yağ+45qr toyuq əti bişirilir istəyə görə blenderdən keçirilir.
Arada: ½ stəkan süd
Uşaqlar üçün peçenye
Meyvə
Qeyd: Körpələrinin balanslı qidalanmasına böyük əhəmiyyət verməlidir, həmçinin bu qidalanma uşağın xoşbəxtliyinə kölgə salmamalıdır.
islamazeri.az