اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Sabah külək əsəcək, qar yağacaq

Yayım Tarixi: 19.02.2012 15:35
Azərbaycan
Yazı ölçüsü: büyüt küçült         

haber
Sabah paytaxtda və yarımadada sabah güclü şimal-qərb küləyi əsəcək

Bakıda və Abşeron yarımadasında fevralın 20-də arabir qar yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildiriblər.

Paytaxtda və yarımadada sabah güclü şimal-qərb küləyi əsəcək, havanın temperaturu gecə 0-2° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaq. Qeyri-sabit hava şəraiti fevralın 21-dək davam edəcək.Azərbaycanın rayonlarında fevralın 20-də havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Yağıntı gündüz qərb rayonlarından başlayaraq tədricən kəsiləcək, şimal-qərb küləyi arabir güclənəcək, havanın temperaturu gecə 0-3° şaxta, gündüz 0-4° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15° şaxta olacağı gözlənilir.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768