اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Saleh, əlvida!

Yayım Tarixi: 22.02.2012 12:15
Siyasət
Yazı ölçüsü: büyüt küçült         

haber
Yəməndə prezident seçkisinin ilkin nəticələri açıqlanıb

Yəməndə prezident seçkisi başa çatıb. Seçkinin ilkin nəticələrinə görə, seçicilərin böyük əksəriyyəti vitse-prezident Abid Rəbbu Mənsura səs verib.
Səslərin hesablanması prosesi yekunlaşdıqdan sonra Əli Abdulla Salehin 33 illik hakimiyyəti sona çata bilər.
Ölkənin seçki komissiyası səsvermə zamanı yüksək seçici fəallığının qeydə alındığını və seçki məntəqələrinin böyük insan axının öhdəsindən gələ bilmək üçün reqlamentdə nəzərdə tutulan səsvermə vaxtının bir neçə saat uzadıldığını bildirib.

Seçki rəsmilərinin nikbin bəyanatlarına baxmayaraq, səsvermə günü də qansız ötüşməyib.
Ölkənin cənubunda seçki məntəqələrinə edilən hücum zamanı azı 5 nəfərin öldürüldüyü xəbər verilir.
Seçki Komissiyası ixtilaf və qarışıqlıq səbəbilə 301 seçki bölgəsindən 9-da səsvermənin təxirə salındığını bəyan edib.
Bundan başqa, cənub əyalətlərində naməlum silahlıların 44 seçki qutusunu ələ keçirdiyi bildirilir.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768