اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Samsung maye-kristal ekranlar istehsalı bölməsini ayırır

Yayım Tarixi: 21.02.2012 12:06
Texnologiya
Yazı ölçüsü: büyüt küçült         

haber
Cənubi Koreyanın Samsung şirkətinin maye-kristal ekranlar istehsalı üzrə bölməsi Samsung Display adı ilə ayrıca şirkət kimi fəaliyyət göstərəcək

İslamazeri.az-ın MİNcom-a istinadən verdiyi xəbrə görə, əsas şirkətdən gəlirsiz bölmənin ayrılması ilə bağlı qərar şirkətin Direktorlar Şurası tərəfindən təsdiq edilib. Samsung Display şirkəti cari ilin aprelin 1-dən etibarən fəaliyyətə başlayacaq və onun kapital dövriyyəsi 668 milyon dollar təşkil edəcək.
Ötən il Cənubi Koreya istehsalçısının maye-kristal bölməsinin maliyyə itkiləri 660 milyon dolları ötüb. Analitiklər itkiləri yüksək rəqabət və televizorlara olan tələbatın azalması ilə izah edirlər.
Bölmə rəhbəri Pak Don-Qon bildirib ki, ayrılma prosesindən sonra Samsung Display-in rəhbərliyi qərarları daha tez qəbul edə və müştərilərin istəklərinə daha operativ cavab verə biləcək.

Orqanik işıqdiodlu ekranların (OLED) istehsalı üzrə bölmə Samsung-un tərkibində əvvəllər olduğu kimi qalacaq.

islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768