Fransa prezidenti Nikola Sarkozi, “qondarma soyqırımı”nın inkar qanununa yəhudilərdən dəstək istəyib
İslamazeri.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi xəbərə görə, Fransa Yəhudiləri Təmsili Şurasının (CRIF) ənənəvi yeməyində çıxış edən Sarkozi, Yəhudi Soyqırımıyla (Shoah), 1915-ci il hadisələrini eyni məzmunlu olduğunu bildirib. Sarkozi, yəhudilərin hücuma, təhqirə uğramalarının, 65 milyon Fransızın problemi olduğunu bildirərək, “Türkiyə böyük bir ölkə, böyük bir mədəniyyət. Amma tam mənasıyla böyük ola bilmək üçün, hər kəs öz tarixinə baxmalıdır. Hər kəs tarixinin kölgədə qalan və günəşli, işıqlıq üzünü eyni anda görə bilməlidir" deyib.
Fransanın, pis rəftara məruz qalan xalqlara hər vaxt sahib çıxdığını izah edən Nicola Sarkozi, "Bunun üzərində düşünməyinizi istəyərəm. Əgər ölkəmizdə, bir soyqırımın varlığını inkar etsək, bir gün Shoah gerçəyinin inkar edilməsi ehtimalına qarşı hazırlıqlı olun. Biz bunu bir fürsət məsələsi olaraq deyil, bir prinsip məsələsi olaraq görürük. Türkiyə, öz tarixini yenidən nəzərdən keçirsə möhtərəmlik qazanar. Bunu söylədiyimiz ölkənin dost bir ölkə olduğunu bilirik, amma bunu söyləyirik" deyib.
islamazeri.az