Xaçmazda saxta əsginaslarla mobil telefon alan şəxs tutulub
İslamazeri.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Orxan Abbəyov fevralın 12-də mobil telefonların satışı mağazasında orada satıcı işləyən Aygün Sədəfovaya 4 ədəd 50 manatlıq saxta əsginas verib 2 ədəd mobil telefon alıb.Xaçmaz rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində O. Abbəyov saxlanılıb.
islamazeri.az