اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Siqaret çəkənsiniz?

Yayım Tarixi: 03.02.2012 20:34
Araşdırma
Yazı ölçüsü: büyüt küçült         

haber
Azərbaycanda ictimai yerlərdə siqaret çəkmək qadağan oluna bilər

Qapalı yerlər, təhsil və səhiyyə müəssisələri, ictimai iaşə obyektləri, vağzallar, avtobuslar, hava limanları, restoranlar və ofislərdə siqaret çəkmək yasaqlana bilər. Artıq bir neçə lüks mehmanxanalarda siqaret çəkmək üçün xüsusi yerlər ayrılıb. Hətta bu yaxınlarda təmirdən sonra yenidən istifadəyə verilən “Koroğlu” metrostansiyasının keçidinə belə yanan siqaretlə daxil olmaq qadağandır. Belə ki, hüquq-mühafizə orqanlarının əməkdaşları yanan siqaretlə gələn şəxsləri metronun keçidinə daxil olmağa icazə vermirlər. Əvvəlcə siqareti çöldə atılmaq lazımdır, sonra içəri daxil olmağa icazə verilir. Bununla yanaşı, şəhərdə bəzi ailəvi restoranlarda, eləcə də “Caspian Plaza” biznes mərkəzində siqaret çəkmək üçün xüsusi yerlər təşkil olunub. 

Məsələ ilə bağlı fikirlərini açıqlayan Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, ictimai-qapalı yerlərdə belə tədbirlərin görülməsi düzgündür və bu, qanunla tənzimlənir. Musa Quliyevin sözlərinə görə, 2011-ci ildə qəbul olunan “Tütün və tütün məhsulları haqqında” qanuna əsasən, ictimai nəqliyyat, keçidlər, ictimai tədbirlər keçirilən qapalı yerlərdə siqaret çəkmək qadağandır: “Lakin hazırda siqaret çəkməyə görə cərimələr yerüstü ictimai nəqliyyat və metroya tətbiq edilib. Başqa yerlərdə siqaret çəkməyə görə hələlik cərimə tətbiq olunmur”. 

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini həmçinin əlavə etdi ki, qurumun yaz sessiyasında ictimai yerlərdə siqaret qadağasına dair qanun layihəsinə baxılacaq. 

“Sağlam toplum” İctimai Birliyinin sədri Lalə Mehralı isə bildirdi ki, siqaret qadağası ilə bağlı qanun layihəsi Milli Məclisdə müzakirə edilir. Lakin layihə hələ də açıq olaraq qalır: “İctimaiyyət də bu məsələyə birmənalı olaraq etirazını bildirir. Mən bunu xəbər saytları, forumlarda olan rəylərə istinadən deyirəm. Məsələn, Türkiyəyə nəzər salsaq, orada ictimai yerlərdə siqaretə qadağa qoyulduğunu və əhalinin buna riayət etdiyini görərik. Amma bizim ölkədə buna qadağa qoyulmasa və ya cərimə kəsilməsə, düşünmürəm ki, bu öz nəticəsini verə bilsin. Biz ötən il Sumqayıt şəhərində sorğu apardıq. Orada məlum oldu ki, yetkinlik yaşına çatmayan uşaqlara mağazalarda siqaret satırlar. Satıcılar ümumiyyətlə heç bir sorğu-sual olmadan yetkinlik yaşına çatmayan uşaqlara siqaret satırlar”. 

Sorğunun nəticələrini mediada işıqlandırdıqlarını bildirən L.Mehralı təəssüflə qeyd etdi ki, bununla bağlı heç bir reaksiya gəlməyib. “Bizim ortaya qoyduğumuz problemlə heç kim maraqlanmadı. Kimsə dedikdə, rəsmi orqanları nəzərdə tuturam. Ancaq ictimaiyyət tərəfindən reaksiya gəldi. Xüsusilə qadınlar buna reaksiya verdilər. Yəni qanunun işləmə mexanizmi tam olaraq təşəkkül tapmayıb”,- deyə L.Mehralı əlavə etdi. 

Siqaret çəkən şəxs özündən daha çox ətrafdakılara ziyan verir. Siqaret çəkənin tütündən aldığı ziyan 25 faizdirsə, ətrafdakılar ikiqat zərər görürlər. Məlumdur ki, dünyanın bir sıra ölkələrində ictimai yerlərdə siqaret çəkilməsini qadağan edən qanunlar var. Qadağa hər bir dövlətdə müxtəlif formalarda tətbiq edilir. Cərimə miqdarı ölkələrə görə dəyişir, məsələn, Almaniyada 5-1000 avro, İtaliyada 275 avro, Suriyada 46 dollar, Misirdə isə 18 dollardır. Türkiyənin özündə belə siqaret çəkmək üçün xüsusi yerlər ayrılıb, ölkədə siqaretlə bağlı istənilən reklam qadağan edilib. \ans\


islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768