اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Skype Full HD formatında videozəngləri dəstəkləməyə başlayıb

Yayım Tarixi: 06.02.2012 20:09
Texnologiya
Yazı ölçüsü: büyüt küçült         

haber
Windows əməliyyat sistemi üçün Skype əlavəsinin yeni versiyası işıq üzü görüb

İslamazeri.az-ın MİNcom-a istinadən verdiyi xəbərə görə, bu barədə internet-telefoniya servisinin rəsmi məlumatında deyilir.

Skype 5.8-də Full HD formatında videozənglərin dəstəklənməsi funksiyası fəaliyyətə başlayıb (istifadəçinin veb-kamerasının bu təsvir ölçüsünü dəstəkləməsi şərti ilə). Bu halda bağlantının sürəti saniyədə 2 meqabitdən az olmamalıdır. Əvvəllər Skype-da maksimal təsvir ölçüsü 720p olub.

Bununla yanaşı, istifadəçilər servisdə qeydiyyatdan keçməyən Facebook sosial şəbəkəsindəki dostlarına zəng etmək imkanı əldə ediblər.

Ödənişli Skype Premium servisi abunəçilərinə öz şəxsi ekranlarından qrup şəklində olan bütün zənglərin iştirakçılar ilə təsvirləri bölüşmək üçün imkan yaradıb. Konfrans-rabitə seansında 10-dək şəxs iştirak edə bilər.

Skype-ın son versiyasını servisin saytından yükləmək mümkündür.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768