İslamazeri.az sizə günün yeməyini təqdim edir
Ərzaqlar:
5 ədəd kartof
6-7 ədəd yaşıl bibər
1 ədəd soğan
1 ədəd kök
1 ədəd badımcan
1 ədəd balqabaq
1 yemək qaşığı konserv göy noxud
2 ədəd pomidor
8 parça toyuq Budu
2 yemək qaşığı duru yağ
2 yemək qaşığı kərə yağı
duz
Ədviyyatlar (istəyə görə)
Hazırlanması:
İlk olaraq kartofları alma dilimi kimi dilimləyib, soba listinə düzürük. Bibərlərin bir qismini doğrayırıq, bir qismini isə doğramadan ayırırıq. Soğanı, kökü, badımcanı və balqabağı doğrayıb əlavə edirik. Duru yağı tökərək tərəvəzlər ilə qarışdırırıq. Budları tərəvəzlərin üstünə düzürük. Pomidorları halqa-halqa doğrayıb əlavə edirik. Doğramadan, ayırdığımız bibərlərimizi ən üstə düzürük. Yaşıl noxudları da səpib, duzunu və ədviyyatları əlavə edirik. Son olaraq ən üst qisminə kərə yağını dilimləyərək qoyuruq. 180 dərəcə sobada suyunu çəkənə qədər bişiririk. Nuş olsun!!!
islamazeri.az