اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Son 1 həftədə tutulan dindarların siyahısı

Yayım Tarixi: 20.02.2012 17:01
Azərbaycan
Yazı ölçüsü: büyüt küçült         

haber
Saxlanılan dindarların hamısının haqqında tam olaraq məlumat əldə etmək olmayıb

1. Mehdi Məmmədov. “Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin sədri. Kürdəxanı İstintaq Təcridxanasında saxlanılır. Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə barəsində cinayət işi açılıb.

2. Asəf Əliyev. Gəncə ruhanisi. Onu Dövlət Yol Polisinin əməkdaşları saxlayıb. Gəncədəki Nizami Rayon Polis Şöbəsinə aparılıb. Ruhani xuliqanlıqda ittiham olunur. Asəf Əliyevə 2 aylıq inzibati həbs cəzası verilib.

3. İlqar Əyyubov. Cəlilabad rayon ruhanisi. Ötən həftə cümə namazından sonra Cəlilabad polisi və Milli Təhlükəsizlik Nazirliyi Cəlilabad şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılıb. Hələ də polisdə saxlandığı deyilir.

4. Hacı İlham Əliyev. Binə kəndinin ruhanisi Hacı İlham Əliyev Şüvəlan təcridxanasında saxlanır və Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) ittiham olunur.

5. Hacı Səxavət Əliyev. Bülbülə qəsəbəsindəki “Ağabalabəy” cümə məscidinin axundudur. Onu fevralın 21-də həbs ediblər. Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamaqda) ittiham olunur.

6. Niyazi Kərimov. Azərbaycan İslam Partiyası Baş Məclisinin üzvü, Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun qardaşıdır.
 
7. Elburus İbadov. Bakının “Papanin” adı ilə tanınan məhəlləsinin sakini. Onu fevralın 16-da Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları saxlayıb. Fevralın 20-də Bakı İstintaq Təcridxanasına köçürülüb. Ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi açılıb.
 
8. Zöhrab Quliyev. Sumqayıt şəhər sakini. 30 yaşı var. Onun üzərindən “Naqan” tipli tapança və 7 ədəd güllə aşkar edilərək götürülüb. Zöhrab Quliyevin yaşadığı evə baxış keçirən əməliyyatçılar qumbara və müxtəlif çaplı güllələr aşkar ediblər.

9. İlham Ələkbərov. Azərbaycan İslam Partiyası üzvünun qardaşıdır.

10. Seymur Zeynalov. Yasamal rayonunda yaşayan dindar. Üzərindən 6 ədəd patronu olan 7,65 mm kalibrli tapança aşkarlandığı deyilir.

11. Hacı Əliyev. Onu Səbail Rayon Polis İdarəsinin 9-cu bölməsinin əməkdaşları saxlayıb. Üzərindən 3 ədəd patronu olan “Makarov” tipli tapança götürüldüyü deyilir.
   
12.Əbülfəz Bünyadov. Jurnalistdir. Çox sayda dini siyasi məqalələrin sahibidir. Uzun müddət "İslam Həqiqətləri" qəzetində çalışmışdır. Son zamanlar azad şəkildə məqalələr dərc edib. Nardaranda aptekdə işləyir.

13. Anar Bayramlı. “Fars” xəbər agentliyinin Azərbaycan Respublikasındakı müxbiri. İranın “Səhər” telekanalı ilə də əməkdaşlıq etdiyi deyilir. Onun üzərindən 4 qram heroin aşkarlandığı deyilir.

14. Ramil Dadaşov. İranın “Səhər” telekanalının Azərbaycandakı nümayəndəliyinin sürücüsü. Sumqayıtda saxlanılıb. Həbsin səbəbi bilinmir.Həbs olunan dindarların sayının daha çox olduğu deyilir.

15. Ceyhun Həbibov Sədərək ticarət mərkəzində işlədiyi məkandan mülkü geyimlilər tərəfindən aparılıb. Haqqında məlumat yoxdu.

16. Məmmədov Şahin. Sədərək ticarət mərkəzində işləyir. İş yerindən aparılıb. Ailəlidir. 2 övladı var.
 
17. Ələkbərov Həmidağa Tofiq oğlu. 1975-ci ildə doğulub. Ailəlidir, beş övladı var. 2011-ci ilin sonlarında həbs olunan Kərbəlayi İmranın kiçik qardaşıdır. Hər iki qardaş Qarabağ müharibəsi veteranıdır.

18. Qasımov Rahim Museyib oğlu. 1971-ci ildə doğulub. Ailəlidir, iki övladı var.

19. Tağıyev Elman Ramiz oğlu. 1978-ci ildə doğulub. Ailəlidir, iki övladı var.

20. Zəkiyev Əbülfəz Əlikram oğlu. 1971-ci ildə doğulub. Ailəlidir, üç övladı var.

21. Əli. Hazırda axtarışda olan, İranda gizlənən, Azərbaycanda ictimai xadimin həyatına terror hazırlamaqda ittiham edilən Balaqardaş Dadaşovun bacısı oğlu.

22. Kərimov Niyazi Əlövsət oğlu. 1961-ci ildə doğulub. Ailəlidir, iki övladı var. Qarabağ müharibəsinin iştirakçısıdır. Niyazi Kərimov müharibədə başından aldığı xəsarətə görə Maştağa qəsəbəsindəki ruhi-əsəb dispanserində müalicə olunurmuş. Onu dispanserdən tutub aparıblar.

23. Zəkiyev Məhəmmədtağı Əlikram oğlu. 1963-cü ildə doğulub. Ailəlidir, dörd övladı var. Bu yaxınlarda İranda ürəyindən əməliyyat olunub.
 
24. Rəsulov Taleh Əliyusif oğlu. 1977-ci ildə doğulub. Ailəlidir, iki övladı var.

Siyahı yenilənəcək.

islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Şərh et yorum

ŞƏRHLƏR

2 » 
Seva
24.02.2012 15:51

demeli bu siyahida 24 ad var hele allah bilir ne qederini biz bilmirik bu qeder dindarlar ya xuliqan ya narkaman yada silah gezdirendiler? belede yoxda axi bu gulmelidi ALLAHIM SEN OZUN ONLARA YARDIMCI OL ONLARI BU EZABDAN QUTAR
Hikmet
23.02.2012 16:47

ALLAH SEBR VERSIN DOZMEK OLMUR ARTIQ
Hizbullah
23.02.2012 14:33
Salam Olsun Yusiflere
Bismillah.Ne qeder ruhani tutulsa ne qeder qadagalar qoyulsa bir o qeder insanlarda islam dinine maraq oyanir ve islam dini dahada geniwlenir.Bu tesdiqini tapmiw qanundur.Bu qanunu fikirlewenler ve netice cixara bilerler.Ne vaxt ruhani tutulmayib.Zamanin her vaxdinda bu baw verib.
Namiq
23.02.2012 09:15
Ya Mehdi
allahın leneti olsun siz kafirlere.dindarlara yalan böhten atmağınız size baha başa gelecek.tezlilkle zamane imamı size yaxşı ders verecek.vay olsun bu dövlete vay...
Alla
22.02.2012 21:11
İamn
onlarin imani var. imansizlar billacak kimdilar.
Ramıl
22.02.2012 20:18
Allahın Salamı Olsun Momınlere
SALAM OLSUN YUSIFLERE BU ZALIMLAR YENEMI DINDARLARI NARKOTUKAYLA VE OZLERININ PASDI SILAHLARIYLA TUTMAQA DAVAM EDIRLER QURAN AYESI VARKI ZALIMIN ZULUMUNE BOYUN EYENLER OLARLA MEWUR OLACAQLAR INDI AY MOMINLER BIZ BILIRIYKI BU YALANDIR O ZAMAN NEQEDER BU HAQSIZLIQA DOZMEY OLAR ALLAH HAQQI BATILIN ONUNDE EYMEZ EY BU DEVLETIN ZALIM MEMURLARI CAVAB VERECEYINIZ GUNU UNUTMAYIN
Abulfazl
22.02.2012 12:42
Momınlar.........
MOMINLAR GARAK ISLERINI IXLASA GORSULERKI TA ALLAH ISTEYEN HEDEFE CATSINLAR. VE ZULME BAS EYMESINLER.QEYRETI ELDEN VERMEYEK.ABALFAZLIL ABBAS KIMI QEYRETLI OLAQ;IMAM ZAMAN ELEYHISSALAMI UNUTMAYAQ.DUA MOMININ SILAHIDIR.
2 » 
Şərh et yorum

 

Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768