اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Sosial şəbəkə insanı daha çox asılı vəziyyətə salır

Yayım Tarixi: 16.02.2012 12:45
Həyat
Yazı ölçüsü: büyüt küçült         

haber
Belə asılılıqdan xilas olmağın ən yaxşı yolu diqqəti daha dəyərli başqa yerlərə yönəltməkdir, məsələn ailə, dostlar, dini mövzular və s.

Alimlər təsdiq edirlər ki, Twitter və Facebook kimi son zamanlar həddindən artıq populyarlıq qazanmış sosial şəbəkələr göründüyü kimi zərərsiz deyil.
İnsanların gün ərzində hətta bir neçə dəfə sistematik olaraq eyni veb–resurslara müraciət etməsi çox ciddi asılılıqdan xəbər verir.
Bu asılılıq siqaret çəkmək asılılığından, hətta spirtli içki aludəçisi olmaqdan da güclüdür.
Çikaqo Universiteti nəzdində But Biznes məktəbinin doktoru Vilhelm Hofmann belə düşünür.

Doktor Hofmann öz həmkarlarının köməyi ilə 250 könüllü üzərində tədqiqat aparıb.
Təcrübənin iştirakçıları lazım olan qurğularla təchiz olunublar.
Bu qurğular iştirakçıların gün ərzində meydana çıxan müxtəlif arzularını, istəklərini qeyd etmək gücünə malik olub.
Beləliklə, 8000 istək haqqında məlumat qeydə alınıb. Məlum olduğuna görə, insanlar ən çox yuxu və şəxsi münasibətlər  haqqında düşünürlər.
Ancaq gözlənilənlərin əksinə olaraq, siqaret çəkmək və spirtli içki içmək arzusu iştirakçıları çox da narahat etməyib.
Sosial şəbəkədə yeniliklərə baxmaq və onu yeniləmək arzusuna güc gəlmək ən çətini olub.

Bununla belə, həmin arzuya qarşı çıxmaq üçün aparılan bütün təşəbbüslər bu istəyi daha da alovlandırırır.
İnsan özünə nə qədər “yox” desə də, bu istəyə qarşı çıxa bilmir, gələn dəfə öz iradəsini qıraraq bu arzusuna çatacağına əmin olmağa çalışır.

Bəs bundan necə xilas olmalı?
Vilhelm Hofmann bildirir ki, "Belə asılılıqdan xilas olmağın ən yaxşı yolu diqqəti daha dəyərli başqa yerlərə yönəltməkdir. Məsələn ailə, dostlar, dini mövzular və s. Çünki asılı olduğunuz şeydən ayrılanda sanki böyük boşluq yaranır və belə boşluğu doldurmasanız mütləq yenidən iradəniz sarsılacaq və siz əvvəlki asılılığınıza qayıdacaqsınız." 
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768