Bu gün (20 fevral) "Caspian Plaza"nın konfrans zalında Azərbaycanda yeni yaradılmış sosial şəbəkənin (sosial.az) təqdimat mərasimi keçirildi
Təqdimat mərasimində əllidən çox gənc iştirak edirdi. Təqdimat mərasimini açan sosial şəbəkənin rəhbəri Əli Abbasov sosial şəbəkə haqqında geniş məlumat verdi. Bundan sonra tədbirdə iştirak edənlər Əli Abbasova suallar ünvanladı.
Dünya azərbaycanlılarının sosial şəbəkəsi yaradıldıBu gündən başlayaraq dünya azərbaycanlılarının öz sosial şəbəkələri olacaq. Layihə “Sosial.az” ünvanında yerləşir. Dünyanın harasında yaşamasından, dilindən, dinindən, milliyyətindən asılı olmayaraq, özünü azərbaycanlı kimi tanıyan hər kəs bu şəbəkəyə qoşula bilər. Şəbəkə bir növ azərbaycançılıq dəyərini paylaşan hər kəsin virtual məskəni olacaq. Bu saytın çərçivəsində öz həmvətənlərimizlə istənilən mövzunu müzakirə edə bilərik.
Müasir dövrdə həm qlobal, həm də müxtəlif ideyalar ətrafında yaradılan lokal sosial şəbəkələr az deyil. Amma məhz dünya azərbaycanlılarını eyni virtual məkanda bir araya gətirən layihə yox idi. “Sosial.az” bu boşluğu aradan qaldırmaq üçün yaradılıb.
Sayt bir sıra ən müasir texniki imkanlarla təchiz olunub. Bütün dünyada yaşayan soydaşlarımızın problemsiz istifadə edə bilmələri üçün 3 dildə fəaliyyət göstərir. Başqa sosial şəbəkələrdə olan hesabları avtomatik sosial.az-a köçürmək olur. Sayt digər qlobal sosial şəbəkələrlə tam inteqrasiya olunub. Belə ki, burada bölüşülən hər şey avtomatik olaraq digər şəbəkələrdə - Facebook, Twitter, Linkedin və s.-də əksini tapacaq. Digər texniki imkanlar haqqında saytın öz səhifəsində “haqqımızda” bölməsində məlumat almaq olar.
islamazeri.az