اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Sou artıq rəsmən "sarı-lacivərd"lidir

Yayım Tarixi: 28.01.2012 01:30
İdman
Yazı ölçüsü: büyüt küçült         

haber
Seneqal millisində Afrika Millətlər Kubokunda çıxış edən Sou, pley-off mərhələsinə vəsiqə qazana bilməyəcəkləri dəqiqləşən kimi, İstanbula gəlib

Türkiyənin “Fenerbahçe” klubu qış transfer pəncərəsində ən səs-küylü keçidi rəsmiləşdirib.
Azerisport.az xəbər verir ki, İstanbul klubu Mussa Sounun transferini tam həll edib.
Artıq klub bununla bağlı bu gün rəsmi saytı ilə açıqlama yayıb.
“Fenerbahçe”nin açıqlamasında bildirilir ki, Sou ilə 2015-2016 mövsümünün sonuna qədər anlaşma imzalanıb.
Futbolçu artıq tibbi müayinədən də keçib.

Qeyd edək ki, Mussa Sou Fransanın “Lille” klubunda çıxış edir.
Bundan əvvəl “Rennes” və “Sedan”ın formasını geyinmiş 26 yaşlı hücumçu Seneqal millisində 13 oyun keçirib, 5 qol vurub.
Seneqal millisi ilə Afrika Millətlər Kubokunda çıxış edən Sou komandasını pley-off mərhələsinə vəsiqə qazana bilməyəcəyi dəqiqləşən kimi, bu gecə İstanbula gəlib.
Sabahdan onun yeni komandasının hazırlıqlarına qatılması gözlənilir.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768