اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Soydaşımız Qəzzaya gedən yardım karvanında

Yayım Tarixi: 13.12.2010 16:17
Mərhəmət
Yazı ölçüsü: büyüt küçült         

haber
Yəzd şəhərində minlərlə insanın iştirakıyla qarşılama mərasimi keçirilib və Qəzzaya yardımlar toplanıb.

İsrailin blokadasında olan Qəzzaya humanitar yardım çatdırılması üçün “Asiyadan Qəzzaya” adlı yardım karvanı Qəzzaya doğru hərəkət etməyə başlayıb.İslam-Azeri.az internet qəzetinə verilən məlumata görə, “Asiyadan Qəzzaya” yardım karvanı Hindistandan start götürərək Pakistan ərazisinə gəlib. Dünən Pakistan-İran sərhəddindəki Zahedan şəhərinə daxil olmaqla İranın cənubundan şimalına doğru istiqamət götürüb.Karvanda Azərbaycanı təmsil edən “Yeni Şərq” Araşdırmalar Mərkəzinin eksperti Hakim Əlizadə İranın Kerman şəhərinə gələrək Qəzzaya yardım aparan qurupa qoşulub. “Asiyadan Qəzzaya” yardım karvanı İranın Kerman, Yəzd və İsfahan şəhərlərində yerli əhalinin coşqulu izdihamıyla qarşılanıb. Kermanda mətbuat konfransı keçirilib və Kerman Dövlət Universitetində tələbələrlə karvan üzvlərinin görüşü olub. Yəzd şəhərində minlərlə insanın iştirakıyla qarşılama mərasimi keçirilib və Qəzzaya yardımlar toplanıb.“Yeni Şərq”in verdiyi xəbərə əsasən, ölkəmizi “Asiyadan Qəzzaya” yardım karvanında təmsil edən Hakim Əlizadə İndoneziyanın “Tv One” telekanalına müsahibə verib. Hakim Əlizadə Müsahibəsi zamanı karvana qoşulma səbəblərini açıqlayaraq, “Fələstin və Azərbaycan eyni taleyi yaşayır. Çünki hər iki İslam ölkəsi işğala məruz qalıb. Bir işğalın səbəbkarı İsrail, digərinki isə Ermənistandır. Biz Qarabağ problemini yaşamış, işğalın ağrı-acısını görmüş insanlar kimi bu gün qəzzalıların nə çəkdiyini çox yaxşı bilirik. Məhz bu səbəbdən, fələstinlilərin uğradığı ədalətsizliyə göz yuma bilmərik”, deyə qeyd edib.Hakim Əlizadə İndoneziya televiziyasına müsahibəsi zamanı Qarabağ məsələsinə toxunaraq əsil həqiqətləri çoxmilyonlu indoneziyalılara çatdırıb.Hazırda karvan İran şəhərlərindən keçərək, Türkiyə istiqamətində yolunu davam edir. Marşruta görə, Türkiyədən sonra Suriya, daha sonra isə Misirə yollanacaq karvan bir neçə gündən sonra Qəzzaya daxil olacaq.“Asiyadan Qəzzaya” yardım karvanında olan “Yeni Şərq”in əməkdaşları mütəmadi olaraq karvanın keçdiyi ölkələrdən müxtəlif reportajlar hazırlayıb, məlumat yayacaqlar.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768