اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Stress orqanizmi genetik səviyyədə məhv edir

Yayım Tarixi: 03.02.2012 16:31
Elm
Yazı ölçüsü: büyüt küçült         

haber
Dyük Universitetində (ABŞ) tədqiqatçılar ilk dəfə olaraq stress zamanı hüceyrə daxilində molekulyar-genetik səviyyədə baş verən dəyişikliyi izləyiblər

Nəticədə məlum olub ki, xroniki sterss hüceyrəni mutasiya qarşısında gücsüz edir.   Bütün hüceyrələrin beta-2 adrenoreseptorlar vardır. Və bilirik ki, sterss adrenalin hormonunun ifrazı ilə müşayiət olunur.

Adrenalin bu reseptorlarla əlaqədə olan kimi G-zülallarla başlayan hüceyrədaxili siqnal reaksiyası baş verir. Daha sonra baş verən hüceyrədaxili kimyəvi reaksiyalar nəticəsində hüceyrə dəyişmiş şəraitə uyğunlaşmağa başlayır.  

Bir tərəfdən isə bütün bu reaksiyaların qarşısını beta-arrestinlərdən asılıdır. Siçanlar üzərində aparılan yeni eksperimentlər göstərdi ki, beta-arrestinlər zülalını istehsal edir, hansı ki, bu da öz növbəsində zülallarına antaqonist hesab edilir. P53 zülalları isə "genom qatili" hesab olunur. Məhz bu zülallar genetik deffektləri izləyir və onlar normadan artıq olan kimi (geri dönməyən prosses), hüceyrənin özü-özünü məhv etmə mexanizmlərini aktivləşdirir. Nəticədə apoptozbaş verir.  

Tədqiqat zamanı məlum oldu ki, hüceyrələrin bölünması zamanı beta-2-adrenosepterlarını aktiv saxlayanda (sterss yaratmaqla), bu zaman p53 zülalları yox olur. Beləliklə hüceyrə mutasiya qarşısında köməksiz qalır. Bu yolla isə hüceyrə müxtəlif xəstəliklər, həmçinin xərçəng xəstəliyi qarşısında aciz olur. \elmipress\
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768