Həm günəş, həm də külək enerjisi ilə çalışan cihazların kiçilməsi ilə onları hər yerdə özümüzlə daşımaq, rahat istifadə edə bilmək imkanı qazandıq
Artıq alternativ enerji mənbələrindən enerji toplaya bilən cihazlar içərisinə su ilə enerji toplayan cihaz da əlavə olunub.
İslamazeri.az İnternet Qəzetinin "fnmag"a istinadən verdiyi xəbərə görə, su ilə enerji toplayan adapter icad edilib.
Bu cihaz kiçik ölçüdə olub mobil telefonların enerji toplaması üçün nəzərdə tutulub.
Lakin onu da qeyd edək ki, axan suyun kiçik portativ bir cihazın köməyilə enerji toplaması mexanizmi isə o qədər də sadə deyil.
"PowerTekk" şirkəti tərəfindən hazırlanan bu cihazın köməyi ilə suyun tərkibindəki oksigen və hidrogen molekulları ayrılır, protonlar və elektronlar sərbəst qalır. Daha sonra isə elektronlar "toplayıcıya" - "PowerPukk"-a doğru yönləndirilir, "PowerPukk"-da toplanandan sonra isə enerjiyə çevrilərək mobil telefonun enerji dolumu etməsini təmin edir.
"PowerTekk"-in yaz aylarından etibarən bazara çıxarılması planlaşdırılır və satış qiyməti 200 avro nəzərdə tutulub.
islamazeri.az