Lazım olan ərzaqlar və hazırlanma qaydası.
Xəmir üçün:
Un
1 yumurta
Su
Duz
Şorba:
Xırda hissələrə bölünmüş qoyun əti 500 gr.
2 ədəd baş soğan
Noxud
Duz
İstiot
1 ç.q tomat pastası
Hazırlanması:
Xəngəlin xəmiri düşbərə xəmiri kimi hazırlanır və eləcə də kəsilir.
Kvadratlar taxtanın üstünə yığılır və qurudulur.
Doğranmış xəngəli dərhal bişirmək olar.
Noxud axşamdan soyuq suda isladılır və səhər yarımçıq bişirilir.
Ət xırdaca doğranır, yuyulur, qazana qoyulub üstünə su tökülür.
Qazana bir baş soğan salınır.
Ətin kəfi yığılır.
Ət bişəndən sonra, bulyonu süzgəcdən başqa bir təmiz qazana süzülür.
Ət də bu qazana qoyulur.
Noxud əlavə olunur, sonra tomat pastası və 4 ovuc xəngəl.
Xəngəl bişənədək bir baş soğan təmizlənir, xırdaca doğranaraq qızılı rəngə düşüncə qızardılır.
Süfrəyə verərkən şorbanı boşqaba töküb qızardılmış soğani əlavə edin və üstünə nanə tökün.
Nuş olsun!
islamazeri.az