اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Suriyada nüfuzlu sünni din alimi qətlə yetirildi

Yayım Tarixi: 20.02.2012 14:00
Xəbərlər
Yazı ölçüsü: büyüt küçült         

haber
"Suriyadakı Quranın Səudiyyə Quranı ilə fərqi var? Axı necə olur Səudiyyədə hakimə qarşı çıxmaq haram, Suriyada hakimə qarşı çıxmaq isə halal olur ?!"

İslamazeri.az İnternet Qəzetinin "AhlulBayt News Agency"-ə istinadən verdiyi xəbərə görə, Suriyada Səudiyyə müftilərini tənqid edən sünni alim qətlə yetirilib.
Dəməşq(Şam) məscidlərinin birinin İmam camaatı Şeyx Əhməd Sadiq, terror nəticəsində qətlə yetirilib.
37 yaşlı Şeyx Əhməd Sadiq məsciddən evinə qayıdan zaman pusquda durmuş terrorçular onu güllələyiblər.

Şeyx Əhməd Sadiqin qətlə yetirilməsinə səbəb kimi onun son Cümə xütbəsində etdiyi çıxış göstərilir.
Belə ki, o son Cümə xütbəsində Səudiyyə Ərəbiatanı Krallığındakı alimlərə səslənərək onları tənqid etmişdi.
Şeyx Əhməd Sadiq çıxışı zamanı demişdi ki, "Axı necə olur ki, Səudiyyədə mitinq keçirməyi Quran əsasında haram bilirsiz, amma Suriyada mitinqləri halal hesab edib camaatı etirazlara səsləyirsiz!? Məgər Suriyadakı Quranın Səudiyyə Quranı ilə fərqi var !? Axı necə olur Səudiyyədə hakimə qarşı çıxmaq haram, amma Suriyada hakimə qarşı çıxmaq isə halal olur!?"


islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768