اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Suriyalı müxalifdən şok açıqlama

Yayım Tarixi: 15.02.2012 18:46
Siyasət
Yazı ölçüsü: büyüt küçült         

haber
İstanbul Şurası xarici qüvvələrin müdaxiləsi ilə quruldu

İslamazeri.az-ın YDH-ə istinadən verdiyi xəbərə görə, Suriyalı müxalifət qruplarından Milli Koordinasiya Təşkilatının rəhbəri Heysəm Mənna, İstanbulda qurulan Milli Şura adlı təşkilatın xarici ölkələrin səyiylə Liviya modelinə bənzədilərək qurulduğunu açıqlayıb.
 
Heysem Menna, ABŞ, Qətər, Türkiyə və Fransanın cəhdləri ilə İstanbulda qurulan və Suriya müxalifətinin nümayəndəsi kimi təqdim edilən İstanbuldakı Milli Şurasından fərqli olaraq tamamilə Suriyanın mənfəətləri üçün müxalifətçi olduğuna görə gündəmə gələ bilmir.

Suriyanın milli mənafelərinə görə uzun müddətdi müxalifətçilik etdiyi və həqiqi həll yolları göstərdiyi üçün Suriya daxilində hörmətli şəxs kimi tatınan Heysəm Mənnan Fars Xəbər agentliyinə müsahibə verib.


Müsahibədən çıxarışları təqdim edirik:
İstanbulda qurulan Suriya Milli Şurasına qatılmağı qəbul etmədim; çünki Milli Şuranın Suriya daxilindəki və xaricindəki həqiqətləri göstərən bir şura olmadığını anlamışdım. Bu şura, vətəndaş və siyasi nümayəndələrdən uzaq bir şəkildə quruldu. Xaricilər, eynilə Liviyada olduğu kimi Milli Keçid Şurası arxasınca düşdülər. Qalyon aramda şəxsi bir ixtilaf yoxdur. O, 20 ildir elmi sahədə məşğul olur, mən isə Ərəb və beynəlxalq hüquq sahələrində fəaliyyət göstərirəm. Milli demokratiyanın gələcəyi üçün nə vaxt ehtiyac olsa biz əməkdaşlıq içərisində olmuşuq. O, iştirak etdiyi Koordinasiya Qurumundana ayrılaraq yeni milli şura yaratmaq fikrinə düşdü. Bəlkə də bu fikir, Milli Koordinasiya və Milli İttifaqın rəhbərliyinin ona verilməməsindən qaynaqlanırdı. Şuranın başçılığı ona təklif edildikdə o bunu qəbul edib getdi.

Sözüm budur: İstəklərimizi bir araya qoyub xalqın və vətənin xilası üçün birləşib hazırda baş verən hadisələri soyutmalıyıq. Birləşib bir müxalifət olmalıyıq.Amma Suriya xalqının mənfəətlərindən tamamilə uzaq düşüncədə olanlar var. Belə deyilsə bəs niyə bəzilərinin özlərini Suriya xalqının tək və qanuni nümayəndəsi iddiası ilə çıxış edirlər. Xarici istəkləri yerinə yetirən müxalifətçilər hakimiyyətə gəlsələr 1 il belə hakimiyyəti apara bilməzlər. Bir-biriləri ilə daim müharibədə olacaqlar. Çünki hərəsi yalnız özünü millətin tək nümayəndəsi görür.

Xarici müdaxiləyə gəlincə…Biz əvvəldən demişik ki, dövlətlər xeyir təşkilatları deyil ki, başqa xalqların mənfəətini düşünsünlər. Heç bir dövlət Suriya xalqının mənfəətlərini düşünmür. Yalnız öz mənfəətlərini düşünürlər. Buna görə biz həmişə deyirik ki, xaricdən müdaxilə Suriyanın tamamilə yox olmasına gətirib çıxardacaq, Suriya xalqının parçalanmasına səbəb olacaq. Xalqın istədiyi demokratiyadırsa bunu ölkənin daxilində həll etməsək bu istək xalqa həddindən artıq baha başa gələcək.

Qətər kiçik bir ölkədir və Qatar rəsmilərinin problemi Suriyanın onların böyük qardaşı olduğunu unutmaqlarındadır. Güman edirəm ki, Ərəb dünyasının ən fundamental problemi, böyük dövlətlərin üzdə görünməməsi üçün kiçik dövlətlərə təklif etdiyi ağızlarından böyük yemləri qəbul etməsidir. Məncə Qətərin Şuradakı rolu müvəqqətidir və çox çəkməyəcək.

Mən hər zaman bunu demişəm: Liviya macərası Suriyada təkrar edilməməlidir. Hətta Ərəb Birliyi ilə belə… Ərəb Birliyinin Suriya mövzusunda daha həssas davranması lazımdır. Liviya mövzusunda Qərb müdaxilədən yanaydı və Ərəb Birliyi iradəsi olmadan bunu etdi. Mən, Liviyaya edilən müdaxilənin bu şəkildə olduğunu düşünürəm. Ərəb Birliyinin baş katibinin ağılına belə gəlmədi, hətta Ruslar belə bunu düşünməmişdi; amma Liviyada olanlardan ibrət götürdülər. Ruslar, Liviyada aldadıldıqlarını düşünürlər və bu məsələnin Suriyada təkrar edilməsini istəmirlər.

- Milli Şuranın rəhbəri Burhan Qalyon Qərb tərəfindən dəstəklənir. O, Suriyada hökumət qurduqları zaman Suriyanın Müqavimətlə əlaqəsini kəsəcəyini açıqlayıb. Halbuki Müqavimət, Suriya xalqının ürəyində və vicdanında kök salmışdır. Görəsən Suriya xalqı belə bir şeyi qəbul edə bilər mi?
- Burhan Qalyon özünü rəhbər olaraq adlandırmadı. O, özündən xəbərsiz rəhbər təyin edildi. Onun "Wall Street Jorunal" və əl-Mustakbəl qəzetlərindəki sözlərindən ötəri çaşqınlığa uğradım. Əgər bu sözlər təhrif edilməmişsə, o, bu sözləriylə beynəlxalq əlaqələr mövzusundakı cəhalətini ortaya qoymuşdur və bu da onun akademik kariyerinə yaraşmaz. Onun bu sözləri necə dediyini bilmirəm. Əl-Mustakbəl qəzetində söylədikləri təkzib edilmədi. Müqavimət, Suriya xalqının könülündə kök salmışdır. İsraillə əlaqələrin dialoq yoluyla təşkil ediləcəyinin deyilməsi utanc vericidir. Bu sözləri, söyləyən bir adam nə söylədiyini bilmir deməkdir.


  


islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768