2 əsgər şəhid olub, 3 əsgər yaralanıb
Dünən axşam saatlarında Türkiyə təhlükəsizlik qüvvələri Şırnakın Uludərə rayonunda PKK terror təşkilatına qarşı əməliyyat keçirib. Türkiyənin NTV telekanalının verdiyi məlumata görə, rayonun Bestler-Dereler bölgəsində aparılan əməliyyat zamanı 10 PKK terrorçusu öldürülüb.
Atışma zamanı 2 əsgər şəhid olub, 3 əsgər yaralanıb. Dünən Diyarbəkirdə təhlükəsizlik qüvvələrinə qarşı terror aktı törətməyə hazırlaşan 2 PKK terrorçusu ilə bağlı məlumat da daxil olub. Təhlükəsizlik qüvvələri həmin 2 terrorçunu izləməyə başlayıb. Terrorçular günorta saatlarında bomba yüklü bir avtomobili Diyarbəkir-Mardin şossesi yaxınlığında yerləşən hərbi postun qarşısında qoyub, başqa yük maşını ilə oradan uzaqlaşıblar. Hərbi postun qarşısında qoyulan avtomobildə 150 kiloqram partlayıcı aşkarlanıb və zərərsizləşdirilib.
Terrorçuların olduğu yük maşını izlənməyə davam edilib və hərbi vertolyotdan istifadə edilməklə xüsusi təyinatlılar tərəfindən əməliyyat keçirilib. Atışma zamanı yük maşınındakı terrorçulardan biri yaralı ələ keçirilib. Digər terrorçu yol üzərindəki bir kəndə qaçıb, bir evə daxil olaraq ailə üzvlərini girov götürüb. Terrorçu öldürülüb.
islamazeri.az