Generallar “Balyoz” istintaqı çərçivəsində şahid qismində dindiriləcək
Türkiyədə bəzi yüksək rütbəli hərbçilərin dövlət çevrilişi iddiası ilə mühakimə olunduğu “Balyoz” (Çəkic) istintaqı çərçivəsində daha 3 general ifadə verəcək. Türkiyə mətbuatının yaydığı məlumata görə, prosesin davam etdiyi İstanbul 10 saylı ağır cinayətlərə dair məhkəməsi sabiq baş qərargah rəisləri general Yaşar Büyükanıt və hazırda barəsində həbs qət-imkan tədbiri olan general İlker Başbuğun, daxili qoşunların komandiri General Bekir Kalyonçunun, general-leytenant Köksal Karabayın şahid qismində dindirilməsinə qərar verib. Qeyd edək ki, növbəti məhkəmə prosesi 27 fevral 2012-ci il tarixdə keçiriləcək.
islamazeri.az