Mehmet Əli Aydınlar və iki vitse-prezident istefa verdi
İslamazeri.az-ın TRT-yə istinadən verdiyi xəbərə görə, Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Əli Aydınlar, federasiyanın vitse-prezidentləri Göksəl Gümüşdağ və Lütfi Arıboğan istefa verib. Gözlənilməz istefa qərarları TFF İcraiyyə Heyətinin bu gün keçirilən toplantısında verilib. Fevralın 27-də TFF-da prezident seçkiləri keçiriləcək. O vaxta qədər TFF prezidentinin səlahiyyətlərini federasiya İcraiyyə Heyətinin üzvü Hüsnü Gürəli yerinə yetirəcək.
islamazeri.az