Amerikanın əslində İsraili qorumaq üçün qurmağa çalışdığı raket əleyhinə müdafiə sistemi, (RƏMS) Türkiyənin deyəsən hələ çox baş ağrıdacaq
Sistem bu ilin may ayında NATO müttəfiqlərinin Çikaqoda keçirəcəyi böyük zirvə toplantısından sonra rəsmiyyət qazanacaq. Sistemin mərkəzi Almaniyanın Ramsheid şəhərində olacaq və tam fəaliyyətə keçməsi 2020-ci ilə qədər uzanacaq. Deməli hələ radar 8 il təkcə İsraili qoruyacaq. Bu vaxt sistemin Aralıq dənizində olan ayağı, SM-3 raketləri daşıyan bir Aegis Destroyeri (Monterey) dövrədə olacaq. Yəni əgər hər hansı raket atılarsa SM-3-lər bunun qarşısını alacaq. Amma MIT (Massachussets Insıtute Of Technology) və Cornell Universitetində işləyən elm adamları, bu raketlərin müvəffəqiyyətsiz olduğunu, 10 atışdan 9-unun uğursuz olduğunu iddia etdilər.
İslamazeri.az-ın Türkiyə mətbuatına istinadən əldə etdiyi məlulata görə, SM-3 raket sınaqlarının müvəffəqiyyətsiz olduğunu açıqlayan, yalnız bu iki universitet deyil. ABŞ Raketdən Müdafiə Agentliyi MDA da (Missile Defense Agency) belə hesab edir. Hətta bu raketləri sınaqdan keçirmək üçün tenderi qazanmış iki şirkətdən biri Raytheonun, 2010-cu ildə 100 milyon dollarlıq sınaq atışı həyata keçirmişdi. Həmçinin digər şirkət olan Lockheed Martın, 2009-cu ilin dekabr ayında 41 milyon dollarlıq sınaq keçirmiş və hər ikisi müvəffəqiyyətsizliklə nəticələnmişdir. İndi, ABŞ bunun hesabını soruşur. "Siz niyə keyfiyyətsiz vəsait və işçilər ücbatından milyonları havaya sovurursunuz?
Bu Standart raket sisteminin qiyməti də heyrətli rəqəmdir. Mənzili 500 km, səsdən 9 qat sürətli tək bir Standart-3 raketinin qiyməti 10-24 milyon dollar arasında dəyişir. Amerika bu raketləri və digər Patriot və THAAD raketlərini NATO-ya satacaq. Pulları da NATO üzvlərindən çıxacaq. Sionist İsrailin İranı bu yayda vurmaq istəyir. Belə bir vəziyyətdə İran, İsrail ilə birlikdə, onun bütün müttəfiqlərini vuracağını elan edir.
Bu fəlakət reallaşsa, o zaman Türkiyə də məcbur olaraq İrana hücum edəcək. Təbii Suriyaya da... Avtomatik olaraq İsrail ilə müttəfiq olacaq.
Qısacası Türkiyənin başının soxduğu bu RƏMS məsələsi çox risklidir. Keyfiyyətsiz raketlərin isə Türkiyəni qoruyacağı sual altındadır.