Dünya hər gün təbii fəlakət adlandlrdığımız hadisələrlə üz-üzədir...
Vulkan, zəlzələ, meşə yanğınları, qasırğa, burulğan, torpaq sürüşməsi...
Bu siyahını artırmaq olar. Son illər demək olar ki, hər gün bu hadisələrinin baş verdiyini eşidirik. Artıq vəziyyət o həddə çatıb ki, bunu hətta adi bir şey olaraq görürük. Görəsən bütün bunların günahı kimdədir. Bu təbiətin gücüdürmü, yoxsa Allahın qəzəbi? Bəlkə bu dünyanı bir ucdan dağıtdığımıza görə Allahın da bizə qəzəbi tutub? Elə təbii hadisə dediyimiz amillər də bizim etdiyimiz işlərin nəticəsidir. Məgər meşələri qırmasaydıq torpaq sürüşməsi olardımı? Yoxsa atmosferə buraxılan zəhərli qazlar olmasaydı, turşu yağışları, yaxud da fırtınalar olardımı?bütün bu suallara bir cavab var.
İslamazeri.az sizə təbii fəlakət adlandırdığımız hadisələri özündə əks etdirən maraqlı fotolar təqdim edir. Baxıb düşünməyə dəyər.
Heyecanli shekillerdi,o heyecani yaxindan yashayan insanlar nece qorxur ALLAH bilir,doqrudanda bu son iller demek olar ki her gun bir felaket eshidirik. ALLAH beterinden saxlasin,gelen belalari her kesden uzaq etsin.