Təyyarə köməkçi pilot tərəfindən təhlükəsiz şəkildə Praqaya çatdırılıb
Çexiya respublikası hava yolları “CSA”-ya aid Varşava – Praqa reysi ilə uçan təyyarənin pilotu uçuş vaxtı ölüb. Hava yolları mətbuat mərkəzi 46 sərnişini olan təyyarənin köməkçi pilot tərəfindən təhlükəsiz şəkildə Praqaya çatdırıldığını bildirib. Mərkəz həmçinin sərnişinlərin havada hər hansı bir təhlükə ilə üzləşmədiyini deyib.Qeyd edək ki, pilotun ölüm səbəbləri barədə məlumat verilməyib.
islamazeri.az