KİV işçilərini insaflı olmağa və dezinformasiya yaymamağa çağırıram. Çünki yalan xəbər mediaya güvəni itirir.
İslamazeri.az internet qəzetinin xüsusi müxbirinin Türkiyədə tanınmış təşkilatlardan biri olan TAYDER-in (Toplumsal Araşdırma ve Yardımlaşma Dərnəyi) sədr müavini, həmçinin "Rasthaber.com" saytının baş redaktoru Necati Topcudan müsahibə alıb.
Nəcati bəy sizi salamlayaraq ilk sualımı təqdim edirəm. Məlumdurki TAYDER-in qurulmasında əhəmiyyətli dərəcədə əməyi olan insanlardan biri də sizsiniz. TAYDER-i nə üçün qurdunuz? Məqsədiniz nə idi?Təşkilatımız 2007-ci ilin aprel ayında qurulub. Məqsədimiz cəmiyyətimizdə, xüsusəndə gənclərimiz arasında yayılan alkoqol içkilər və narkotik kimi pis aludəliklərə, siyasi və ideoloji yalnış baxışlara, missionerlər və yalnış əqidələrə uymaması üçün onlarla maarifləndirici işlər aparmaq, gənclərimizə sahib çıxmaq, öz inanclarımızı, mədəniyyətimizi qorumaq və aşılamaqdır. İslam üçün sağlam və güclü gənclər yetişdirmək, cəmiyyətimiz üçün əxlaq meyarlarını göstərməkdir.
Təşkilatın qarşısına qoyduğu hədəflərdən hansıları artıq reallaşıb?
Türkiyənin müxtəlif bölgələrində universitetlərdə oxuyan gənclərə “Burs” (yardım) verərək şəxsiyyətli, əxlaqlı, imanlı, intellektual səviyyəsi yüksək olan tələbələr yetişdirilir.
Gənclərə günümüzdə olan siyasi oyunlardan agah edərək həqiqi yolu göstəririk.
Həmçinin təşkilatımız kitab, jurnal, CD və bu kimi informasiya vasitələri ilə gəncləri təmin edir. TAYDER Peyğəmbərimizin buyurduğu kimi , Quran və Əhli-Beyt-in ipindən möhkəm tutaraq bu yolu təbliğ edir.
Qarşıda hansı planlarınız, layihələriniz var?Hal-hazırda müxtəlif layihələrin həyata keçirilməsi üçün çalışırıq. Bunlardan biri təhsil və maarifləndirən könüllülər qrupu yaratmaqdır. Bu könüllülərin vasitəsi ilə Türkiyənin bölgələrində təhsilin zəif olduğu yerlərdə təmənnasız təhsil vermək və İslam dinini təbliğ etməkdir.
Bundan başqa təşkilatımızda kurslar təşkil olunur: İngilis, Ərəb, Fars dilləri, İslam mədəniyyəti və cəmiyyət quruluşu, Qərb mədəniyyəti və cəmiyyət quruluşu, Qərb-Şərq fəlsəfəsi və mədəniyyətlərinin araşdırılması, İslam tarixi, Türkiyə, Osmanlı və Avropa tarixi, Sosial və Siyasi tarix, Dinlər tarixi. Həmçinin Təfsir, araşdırma üsulu, Əqaid, Əxlaq, Hikmət, Məntiq kimi dərslər keçirilir. Kursların sayını artırmağı planlaşdırırıq.
Necati bəy Azərbaycan mediasına nə kimi tövsiyyəniz var?
Mən Azərbaycan mediasını çox diqqətlə izləyirəm. Lakin çox təəsufki Türkiyədə olduğu kimi Azərbaycan KİV-nin əksəriyyəti də sifarişlə çalışır. Dezinformasiya yayırlar. Həm Azərbaycanda həm də Türkiyə mediasında düzgün xəbəri çatdıranlar yeganə İslam yönlü KİV-dir. KİV işçilərini insaflı olmağa və dezinformasiya yaymamağa çağırıram. Çünki yalan xəbər mediaya güvəni itirir.
Çox sağolun Necati bəy qiymətli vaxtınızı ayırıb bizə müsahibə verdiniz.
Əstəğfurullah Tural qardaş. Xidmətinizdəyik. İslamazeri.az-ı diqqətlə izləyirik və əldə etdiyiniz nəaliyyətlərə sevinirik. Daha da uğur qazanmanızı və zühurun tezləşməsi üçün xidmət etmənizi dua edirik. Sağolun, Allah amanında.
Sizdə sağolun.
islamazeri.az