Quldurluğa görə axtarışda olan iki nəfər sürücünün pulunu və mobil telefonunu almışdılar
Bakıda taksi sürücüsünə qarşı quldurluq edən şəxslər yaxalanıblar. Bakı Şəhər Baş Polis İdarəsinən ANS PRESS-ə verilən məlumata görə, fevralın 5-də Bilgəh qəsəbəsində naməlum şəxslər Namaz Cəlilovun taksi kimi idarə etdiyi "Opel" markalı avtomobilə əyləşib bıçaqla hədə-qorxu gələrək pulunu və mobil telefonunu alıblar.
Sabunçu RPİ 14-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə axtarışda olunlar Şahin Məmmədov və Rövşən Rəşidov fevralın 10-da yaxalanıblar.
islamazeri.az