Toshiba şirkəti 10,1 düymlü hazırda ən nazik və ən yüngül REGZA AT200 planşet kompüter buraxdığını elan edib
İslamazeri.az-ın MİNcom-a istinadən verdiyi xəbərə görə, Android 3.2 mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğunun korpus qalınlığı cəmi 7,7 mm, çəkisi 558 qram təşkil edir.
Cihazın ilk nümayişi yanvarda Las-Veqasda keçirilən CES 2012 beynəlxalq sərgisi zamanı olub.REGZA AT200 planşetində 1,2 giqahers takt tezlikli TI OMAP 4430 prosessor quraşdırılıb və operativ yaddaşın həcmi 1 giqabayt təşkil edir, eləcə də 16 və 32 giqabayt daxili fleş-yaddaş və microSD/SDHC formatlı toplayıcıların qoşulması üçün slotla təchiz edilib.Qurğuda 5 meqapikselli əsas və ikinci ön kamera, Wi-Fi və Bluetooth modulları, Micro HDMI və Micro USB 2.0 portları yer alıb.Böyük Britaniyada planşetin qiyməti 400 funt sterlinq təşkil edir
islamazeri.az