اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

"Turan" əslən misirli Esan Tariq Zahranı heyətinə qatmağa hazırlaşır

Yayım Tarixi: 18.02.2012 19:40
İdman
Yazı ölçüsü: büyüt küçült         

haber
Futbolçu barədə "Turan" klubunun baş məşqçisi Əsgər Abdullayev yaxşı fikirdədir

"Turan" əslən misirli Esan Tariq Zahranı heyətinə qatmağa hazırlaşır. Tovuz klubunun düşərgəsində olan İngiltərə vətəndaşı Esan Tariq 1991-ci ildə Misirdə dünyaya gəlib. O, futbol oynamağa İngiltərədə başlayıb və "Hall Siti"nin yetirməsidir. Daha sonra "Lester Siti" və "Kristal Pelas"da çıxış edən hücumçu bu məqamda Misirin 21 yaşlı futbolçulardan ibarət milli komandasına dəvət alıb. Millidə özünü yaxşı tərəfdən göstərən hücumçu məhz bu səbəbdən öz ölkəsinin ən güclü və köklü klublarından olan "İsmailiyyə" klubuna keçib. Amma burada karyerası alınmayan oyunçunun İngiltərəyə dönmək ehtimalı olsa da, Azərbaycan klubundan aldığı dəvət onu bir başqa ölkəyə aparıb. Futbolçu barədə "Turan" klubunun baş məşqçisi Əsgər Abdullayev yaxşı fikirdədir.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768