اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Uşaq bezləri necə olmalıdır?

Yayım Tarixi: 02.01.2012 13:25
Ailə
Yazı ölçüsü: büyüt küçült         

haber
Yeddi əsas meyyara diqqət etməniz lazımdır.

Körpəniz üçün istənilən adi bir bezdən istifadə etməyin fəsadlara gətirib çıxara biləcəyini bilirsiniz əlbəttə.
Bazarda onlarla bez növünün içində hansı körpəmə uyğun deyə düşünürsünüzsə, o zaman aşağıdakı yeddi əsas meyyara diqqət etməniz lazımdır.

1. Qızmı, oğlanmı?
Körpənizin cinsiyyəti əhəmiyyətlidir. Çünki satılan bir çox körpə bezinin üstündə qız ya da oğlan üçün yazısını görəcəksiniz.
Səbəbinə gəlincə: qız ya da oğlan körpənin cinsiyyət nahiyəsi fərqli olduğu üçün bez istehsalçıları, bezin bu hissəsinin əmiciliğini artırırlar.
Beləcə körpənizin genital nahiyəsi quru qalır.

2. Gigiyenikdir?
Təmizlik əhəmiyyətlidir, çünki körpənizin bez nahiyəsi mikroblara qarşı açıqdır.
Təmizliyindən əmin olmaq üçün paketli məhsulları əldə edin. Çünki belə bezlər daşınma və satın alınma zamanı çirklənməzlər. Açıqda satılan bezlərin təmizliyindən əsla əmin ola bilməzsiniz.
İkinci əhəmiyyətli nöqtə, tanınmış, etibarlı markalardan istifadədir. Bu markalar, bezin təmizliyi mövzusunda həssasdırlar.

3. Çəkisinə görə bez seçək?
Bez seçərkən körpənizin ayı (neçə aylıq olması ) deyil, çəkisi əhəmiyyətlidir. Çəkisinin altında, ya da üstündə olması, bezin sızdırması və körpəni narahat etməsi deməkdir.
Hər körpə eyni ayda olsa belə eyni çəkidə olmaz. Doğum çəkiləri belə fərqlidir: kimi 2.500 qr doğular, kimi 4.000 qr.
Buna görə körpənizin çəkisinə uyğun bezləri seçin.
Marketlərdə yeni doğulandan başlayaraq körpənizin tualete öyrəşənədək çəkisinə görə (2-28 kilo arası) təxminən 6 ayrı bez növü olduğunu xatırladaq. Bez paketinin üstündə mütləq hansı çəkidə olan körpə üçün istifadə edilməli olduğu göstərilir.

4 . Mayeni əmmə gücü necə?
Bezin nəmi hopma gücü, körpənizin daha uzun müddət quru qalmasını təmin edəcəyi kimi, sizin də daha uzun müddətdən bir bez dəyişdirməniz deməkdir. Bu həm sağlam, həm iqtisadi bir seçimdir. Çünki körpənizdə “pişmə” meydana gəlməsinin qarşısını aldığı kimi eyni zamanda daha az bez istifadə edərək daha az pul xərcləmiş olacaqsınız.
Əmmə gücünü anlamaq üçün ya fərqli markaları istifadə edərək praktika ilə müqayisə etməli , ya da digər anaların təcrübələrini nəzərə almalısınız.

5. Hava keçirirmi?
Bezin hava keçirməsi, dəri qıcıqlanmasını əngəlləyən ən önəmli faktorlardan biridir. Hava keçirməyən bez genital nahiyədə yaranan istilik və nəm səbəbi ilə qıcıqlanma meydana gətirdiyi kimi, körpənin dərisində problem yaradacaq zərərli bakteriyaların törəməsinə də zəmin yaradır.

6. Erqonik olmağı vacibdir?
"Körpə bezinin də erqonomik xüsusiyyəti olarmı?" deməyin, olur! Körpənin çəkisinə və boyuna uyğun olaraq istehsal edilən bezlərdə həm körpə rahat olur, həm də sızma kimi kiçik problemlərin qarşısı alınmış olur.
Bu qayda yan lentlər üçün də etibarlıdır. Erqonomik olmayan yan lentlər, bezin ya möhkəm, ya da zəif qalmasına gətirib çıxarır.
Bundan başqa bantların (yan lentlərin) dərhal yararsız olmamasının vacib olduğunu da xatırladaq. Sınaq üçün bir neçə dəfə açıb-bağlasaz, keyfiyyətli bant (yan lent) yenidən yapışar. Keyfiyyətsiz bezlər isə yapışmır.

7. Sevimli fiqurlar var ?
Bu sualı ilk eşitdiyinizdə qəribə gələ bilər. Amma təcrübəli analar, sevimli fiqurların və rənglərin əhəmiyyətini bilərlər.
Körpələrin əl və ayaq bacarıqları inkişaf etdiyində, bezlərini çıxarmaq üçün çalışdıqlarını görəcəksiniz. Bu vəziyyət, körpənin bezi xoşlamadığından deyil, çılpaq qalmağı çox sevdiyi üçündür. Bu müddətdə bezin üstündəki sevimli fiqurlar körpənizin bezi mənimsəməsini asanlaşdıran amillərdəndir.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768