Azərbaycan diasporasının simvolu - Qız qalası tikilib.
Ukraynanın Xerson Dövlət Universitetinin botanika bağında yerləşən açıq səma altındakı milli mədəniyyət muzeyində şəhərdəki Azərbaycan diasporasının simvolu - Qız qalası tikilib.
İslamazeri.az-ın məlumatına görə, Bu barədə "Ukrinform"a Xerson Şəhər Şurasının İctimaiyyətlə əlaqələr idarəsi xəbər verib. Qız qalası muzeyin eksponatlarını artırıb. Burada bolqar, yəhudi, alman və yunan milli eksponatları var.
Sentyabrın 15-də muzeyin rəsmi açılış mərasimi olacaq.
islamazeri.az