"La Liga"-da 23-cü tur "Barselona"nın "Valensia"nı darmadağın etməsi ilə yadda qalıb
İslamazeri.az İnternet Qəzetinin "BarçaTV"-yə istinadən verdiyi xəbərə görə, İspaniya çempionatının 23-cü turunun ən yaddaqalan matçı "Nou Kamp"-da keçirilib. "Barselona" "Valensia"nı qonaq edib. İlk qolu "Valensia"lı Mata vursa da kataloniyalılar qonaqları buna peşman ediblər. Beləki, Leo Messi ilk hissədə iki qol vurub və komandalar fasiləyə bu hesabla yollanıblar. İkinci hissədə də Messi daha iki dəfə fərqlənib. Matçda son sözü isə Xavi deyib. O, oyuna daxil olduqdan 5 dəqiqə sonra hesabı müəyyənləşdirən qolu vurub: 5-1
Qarşılaşmanın sonunda Messi poker etdiyi matçdan xatirə olaraq topu özü ilə aparıb.