Bu rəsm əsəri Elizabet Teylorun kolleksiyasındandır
Van Qoqun kinoulduz Elizabet Teylorun kolleksiyasından olan kətan üzərində çəkdiyi "Yurd yeri və San-Remi kiçik kilsəsinə görünüş" əsəri 7 fevralda 16 milyon dollara satıldı.
Rəsm əsəri "Christie's" auksion evində hərraca çıxarılıb. Əsərin ilkin dəyəri 5-7 milyon funt olub.
Van Qoqun ölümündən bir il əvvəl bitirdiyi (rəssam 1890-cı ildə vəfat edib) əsəri 1963-cü ildə Elizabet Teylorun atası qızına hədiyyə alıb.
Hərracın gedişatında həmçinin ispan rəssamı Xuan Qrisin "Kitab" 16,3 milyon dollara satılıb.
Rekord qiymətə isə Xuan Mironun "Painting-Poem" əsəri satılıb -16,8 milyon dollara.
Xatırladaq ki, 7 fevralda "Christie's" auksion evi Londonda kətan impressionistlərinin, sürrealistlərin və müasir rəssamların ikigünlük satış seriyasını təşkil edib.
Nümayiş olunan işlər arasında əfsanəvi Hollivud aktrisası Elizabet Teylorun kolleksiyasından 38 rəsm əsəri olub.
islamazeri.az