اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

"Vaqif Cavadov cəzalanacaq"

Yayım Tarixi: 10.10.2011 10:05
Müsahibə
Yazı ölçüsü: büyüt küçült         

haber
AFFA-nın baş katibi Elxan Məmmədov AÇ-2012-nin seçmə mərhələsinin Türkiyə ilə son oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb

- Gəlin, öncə Vaqif Cavadovun yığmadan imtinasından danışaq. AFFA-nın baş katibi kimi bu məsələni necə dəyərləndirərdiz?
- Mən ilk növbədə bunu qeyri-peşəkar addım kimi qiymətləndirirəm. İkincisi, bu, çox pis nümunədir. Öz ölkəsinin milli komandasından imtina etmək qeyri-patriot addımdır. Vaqif başa düşməlidir ki, bu futbolu ilk növbədə özü üçün oynayır. Baş məşqçi, azarkeşlər, komanda və ya başqa biri üçün yox. O, yığmada oynayır ki, peşəkarlığını artırsın. Amma bu hərəkəti onun milli komandaya qarşı münasibətini göstərir.
- Vaqiflə yanaşı, yığmamız Rauf Əliyevi də itirdi...
- Bəli, özü də Vaqif bunu bilə-bilə belə addım atdı. Biz Türkiyəyə, demək olar ki, hücumçusuz gəlmişik. Mən başa düşürəm ki, hər kəsin emosiyalarına sahib çıxa bilmədiyi anlar olur. Amma peşəkar idmançı bunu bacarmalıdır.
- Siz Berti Foqtsla bu barədə danışmısız?
- Bəli. O, bildirdi ki, Azərbaycan vətəndaşından belə hərəkət gözləməzdim.
- AFFA Cavadovun imtinasına baxacaq?
- Bəli, biz bu məsələ ilə əlaqədar İntizam Komitəsinə müraciət edəcəyik.
- Oyunçunu necə cəza gözləyir?
- Bunu artıq mən deyə bilmərəm.
- Bəs kodeksdə nə nəzərdə tutulub?
- Əlbəttə, kodeksdə milli komandadan imtinaya dair cəzalar var. Amma Vaqif Rəşad Abdullayevdən fərqli olaraq, yığmanın düşərgəsini oyundan öncə tərk edib. Yeri gəlmişkən, biz Rəşadın da məsələsini unutmamışıq və ona da baxılacaq.
- Abdullayev artıq yığmaya çağırılmır. Cavadovu da oxşar cəza gözləyirmi?
- Çağırılacaq, çağırılmayacaq – buna artıq baş məşqçi qərar verəcək. Amma son illərdə Foqtsun xarakterini öyrənə bilmişik. Buna görə də, mənə elə gəlir, Cavadov artıq almaniyalının komandasında olmayacaq. Vaqif öz səhvini başa düşməlidir. Biz isə AFFA rəhbərliyi olaraq, çalışmalıyıq ki, Cavadovun addımı digərləri üçün nümunə olmasın.
- Əgər Foqts postunda qalmasa?
- Belə olan halda, yeni baş məşqçi ondan əvvəlkinin dövründə baş verən hər şeyi öyrənəcək.
- Komandada hazırda əhval-ruhiyyə necədir?
- Gözəl. Yığmada Vaqif məsələsi artıq bağlıdır. Uşaqlar ancaq oyunu düşünürlər. Çox təəssüf ki, Avstriyanı məğlub edə bilmədik. Amma buna baxmayaraq, biz Türkiyə ilə oyuna tam hazırıq.
- Avstriya ilə oyunda qırmızı vərəqə alan Saşa Yunisoğlu da cəzalandırılacaq?
- Biz bu barədə də baş məşqçiylə danışmışıq. Hər ikimiz belə fikirdəyik ki, matçın 27-ci dəqiqəsində komandanı azlıqda və çətin durumda qoymaq olmaz.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768