Videomaqnitofonlar artıq tarixə keçir
İslamazeri.az-ın "ictnews"-ə istinadən verdiyi xəbərə görə, Yaponiyanın “Panasonic” şirkəti evdə istifadə üçün nəzərdə tutulmuş kaset videomaqnitofonlarının istehsalını dayandırıb və onların daxili bazarda satılmasını dayandırmağı planlaşdırır.
Bununla belə, Yaponiyadan kənarda bu texnikanı istehsal etməyə davam edəcək bir neçə zavod (Çin və Slovakiyada) qalacaq.
“Panasonic” şirkəti kaset videomaqnitofonlarının satış həcmləri haqqında informasiya verməkdən imtina edib. Ehtimal ki, bu məlumatlar şirkət üçün əhəmiyyət daşımır: hətta Yaponiyanın Elektronika istehsalçıları assosiasiyası bu hesablamanı aparmır.
“VHS” formatı 2000-ci illərin əvvəllərində, “DVD” formatı geniş yayılmağa başladıqda öz mövqeyini itirdi. Tezliklə “DVD” qurğuları da eyni aqibət gözləyir. Onları “Blu-Ray” disklər əvəz edəcəklər.
islamazeri.az