اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Vitali Kliçko çempionluğu qorudu (Video)

Yayım Tarixi: 19.02.2012 10:44
İdman
Yazı ölçüsü: büyüt küçült         

haber
Britaniyalı Derek Çisora döyüşdən əvvəl rəqibinin qardaşının üzünə tüpürdü

Münhendə ukarynalı boksçu Vitali Kliçko və britaniyalı idmançı Derek Çisora arasında WBC (Dünya Boks İttifaqı) versiyası üzrə döyüş keçirilib. Döyüşü qalib kimi başa vuran Vitali Kliçko dünya çempionu titulunu qoruyub.

12 raundun nəticəsinə görə, hakimlər yekdilliklə qələbəni ukraynalı boksçuya veriblər - 118:110, 118:110, 119:111. Vitali Kliçkonun üstünlüyü böyük olsa da, o, britaniyalı rəqibini nokauta sala bilməyib.

Bir gün əvvəl olduğu kimi döyüş günü də insidentsiz ötməyib. Qarşılaşmadan bir qədər əvvəl Derek Çisora rəqibinin kiçik qardaşı Vladimir Kliçkonun üzünə tüpürüb. Lakin Vladimir Kliçko bu təxribata cavab verməyib. 

Xatırladaq ki, döyüşdən bir gün əvvəl boksçular arasında insident baş vermişdi. Derek Çisora çəkilərin müəyyənləşdirilməsi zamanı rəqibinin üzünə şillə vurmuşdu. Nəticə WBC britaniyalı boksçunu idmana hörmətsizliyə görə 50 min dollar cərimə etmişdi. \ans\




islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768