Yəni yeni bir əməliyyat sisteminə keçmək üçün 2 il vaxtınız var
İslamazeri.az-ın "Cihan"-a istinadən verdiyi xəbərə görə, Microsoft, böyük ümidlərlə satışa çıxardığı, çox sevildikdən sonra da istifadəçilərinın heç cür əl çəkmədiyi əməliyyat sistemi Windows XP-ni istifadə etməmələri üçün bir daha xəbərdarlıq edib.
Microsoftun Windows XP-dən dəstəyini çəkməsi ilə XP-nin artıq ölü bir əməliyyat sistemi olacağını söyləyə bilərik. İşə davam etsə belə yeni heç bir dəstək gəlməyəcək.
Microsoftun Windows XP-dən dəstəyini çəkməsi üçün 800 gündən az bir müddət olduğu bildirilib. Şirkət, istifadəçilərdən, xüsusilə də firmalardan bu müddət ərzində Windows 7-yə keçid etmələrini istəyib.
Qeyd edək ki, Windows XP hal-hazırda ən çox istifadə edilən əməliyyat sistemi olsa da Windows 7 sürətlə XP-yə yaxınlaşır. XP istifadə edirsinizsə yenə də xatırladaq, 800 gün 2 ildən çox bir müddət deməkdir. Yəni yeni bir əməliyyat sisteminə keçmək üçün 2 il vaxtınız var.
islamazeri.az