اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Windows-un yeni loqotipi olacaq

Yayım Tarixi: 20.02.2012 13:00
Texnologiya
Yazı ölçüsü: büyüt küçült         

haber
Windows 8-in 2012-ci ilin payızında çıxacağı gözlənilir

İslamazeri.az-ın MİNcom-a istinadən verdiyi xəbərə görə, Microsoft korporasiyası yeni Windows 8 əməliyyat sistemində istifadə olunacaq və Metro interfeysinə uyğun hazırlanan Windows-un yeni loqotipni rəsmən təqdim edib.

Loqotip Pentagram şirkəti tərəfindən Microsoft-un dizayner və marketinq mütəxəssisləri ilə keçirilən müşavirədən sonra hazırlanıb. Yeni loqotip daha çox pəncərələri (Windows) xatırlatmaqla yanaşı tamamilə eyni rəng çalarındadır. Bu, Windows 3.0 çıxandan sonra ötən 22 il müddət ərzində baş verən ən əhəmiyyətli dəyişiklikdir.
Microsoft-un loqotipi dəyişməyə hazırlaşması ilə bağlı şayiələr uzun müddətdir gəzir. Təxminən bir həftə əvvəl internetdə loqotipin təsvirləri görünməyə başlayıb, lakin yalnız indi korporasiya rəsmən onun xarici görünüşünü təsdiq edib.
Xatırladaq ki, Windows 8-in 2012-ci ilin payızında çıxacağı gözlənilir.

islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768