اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

"Xüsusi təyinatlı"

Yayım Tarixi: 18.02.2012 14:57
Mədəniyyət
Yazı ölçüsü: büyüt küçült         

haber
Qəhrəman kəşfiyyatçı İbad Hüseynovun keçirdiyi uğurlu əməliyyatlardan bəhs edən kitabın təqdimatı olub

"Azərbaycan bayrağı" Ordenli keçmiş döyüşçü, qəhrəman kəşfiyyatçı İbad Hüseynovun uşaqlıq və gənclik illərindən, döyüş həyatından, Qarabağ müharibəsi zamanı keçirdiyi uğurlu əməliyyatlardan bəhs edən "Xüsusi təyinatlı" adlı kitabın təqdimat mərasimi keçirilib. Trend-in məlumatına görə, təqdimat mərasimində millət vəkilləri, İbad Hüseynovun döyüş yoldaşları, yaxınları, ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirin əvvəlində İbad Hüseynovun Qarabağ müharibəsi zamanı keçirdiyi uğurlu əməliyyatlardan bəhs edən film nümayiş etdirilib.

Daha sonra millət vəkilləri, İbad Hüseynovun döyüş yoldaşları çıxış edərək onun döyüş tarixçəsindən danışıb və kitabın əhəmiyyətini vurğulayıblar. Kitaba ön söz yazan millət vəkili Qənirə Paşayeva bu kitabın əhəmiyyətini qeyd edib və gənc nəsillər üçün önəmindən danışıb. "Qoy bizim böyüyən gənc nəsillərimiz görsünlər ki, biz ağrılar, faciələr, soyqırımlar yaşamışıq, ancaq Azərbaycan xalqı aciz bir xalq deyil, bu xalqın qəhrəman oğulları var. Bu qəhrəman oğulları görərək onlar özündə o gücü tapmalıdır, onlardan örnək götürməlidir. Bizim torpaqlarımızın bir hissəsini düşmən müvəqqəti olaraq ələ keçirib. Ancaq o torpaqlar düşmənin deyil. Bu xalq da bu müvəqqəti itki ilə barışmayacaq", - Paşayeva bildirib.

İbad Hüseynov Azərbaycan hərbiçisi, Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı" ordeni kavaleri və kəşfiyyat-diversiya dəstəsinin komandiri, Azərbaycanda Qarabağ müharibəsi qəhrəmanı kimi tanınır. O, 1993-cü il 12 iyun tarixində məşhur erməni terrorçu Monte Melkonyanı Ağdamda öldürməsi ilə məşhurdur. Haqqında 2010-cu ildə "Əsgər" sənədli filmi çəkilib.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Şərh et yorum

ŞƏRHLƏR

Fyzuli -allahın Gulu
07.03.2012 12:23
100% Azerbaycan Oglu
Men bu gyn fexr edirem IBAD HUSEYNOV-la .Ailem onunla fexr edir.IBAD kimi ogullar AZERBAYCANI yasadir ve yasadacag.Onun adina mektebler olmalidi.Mekteb dersliyinde YENI TARIX -onun,MUBARIZIN -adlari yazilmalidi.Balalarimiz bilmelidi IBAD,MUBARIZ ve yuzlerle bela ogullar ne edibler VETEN NAMINE.
Şərh et yorum

 

Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768