اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Xərçəng xəstəliyi ehtimalı siqaret çəkənlərdə 2 dəfə çoxdur

Yayım Tarixi: 17.02.2012 12:40
Elm
Yazı ölçüsü: büyüt küçült         

haber
İlk dəfə olaraq belə böyük tədqiqatda alimlər siqaret çəkmək və onun xərçəng xəstəliyinə gətirib çıxaran aqibəti haqqında məlumat alıblar

Avropa alimlərinin tədqiqatlarına əsaslanaraq deyə bilərik ki, siqaret çəkən Barrett sindromlu* qida borusu olan pasientlərin xərçəng xəstəliyinə tutulma riski iki dəfə çoxdur.
Bu tədqiqatın aparıcı müəllifi Şimali İrlandiyanın Belfast Kral Universitetinin fəlsəfə doktoru Helen Dc.Kaulman deyir: “Biz müəyyən etdik ki, siqaret çəkmək xərçəngin şiddətlənmə riskini artırır. Yayılmış fikirlərin əksinə olaraq, alkoqol siqaret qədər Barrett sindromlu qida borusu olan pasientlərdə xərçəng xəstəliyinin inkişafı riskini artırmır”.

İlk dəfə olaraq belə böyük tədqiqatda alimlər siqaret çəkmək və onun xərçəng xəstəliyinə gətirib çıxaran aqibəti haqqında məlumat alıblar. Gün ərzində çəkilən siqaretin sayından asılı olmayaraq, siqaret çəkmək qida borusu xərçənginin inkişafı riski ilə əlaqədardır. Bu o deməkdir ki, gün ərzində çəkilən siqaret sayının azaldılması Barrett sindromu olan pasientlərin xərçəng xəstəliyi riskini azaltmır.

Qida borusu xərçəngi inkişaf etmiş ölkələrdə artmaqdadır. Bu, Barrett sindromunun xərçəngöncəsi vəziyyəti ilə bağlıdır, ehtimal olunur ki, displaziyaya görə şiddətlənir.
Buna baxmayaraq, şiddətlənmə çox nadir hallarda baş verir və bir çox potensial pasientlərdə qida borusu xərçəngi və ya yüksək dərəcəli displaziya müşahidə olunmur.
Bu tədqiqatı aparan alimlər sübut edirlər ki, siqaret çəkmək sağlamlıq üçün çox təhlükəlidir, bundan başqa, modifikasiyaya uğramış həyat tərzinin müəyyənləşdirilməsinə xərçəng xəstəliyinin şiddətlənməsi təsir edir.

*Barrett qida borusu – qida borusunun çox ciddi vəziyyətlərindən biridir.
Bu zaman qida borusunun selikli qişasının səthi epitel qatında, normal haldan fərqli olaraq, hamar çoxqatlı epitel əvəzinə silindrik epitelə rast gəlinir.
Qida borusunun mədəyə yaxın hissəsinin belə metaplaziyasının səbəbi xroniki turşu zədələnməsi, bununla yanaşı inkişaf edən ezofagit hesab olunur.
Barrett sindromu ayrılıqda xəstəlik kimi qəbul edilmir.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768