Bu barədə onun oğlu Eldar Aslan bildirib.
Hacı Eldar Aslan bu barədə deyib: "Siyavuş müəllim xəstəxanadan sizlərə böyuk sevgi və salamlarini göndərir!!!"
Qeyd edək ki, avqustun 3-də Səyavuş Aslanın vəziyyəti qəflətən pisləşib və o, 4 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Avqustun 4-də isə aktyor Klinik Tibbi Mərkəzə köçürülüb.
Klinik Tibbi Mərkəzin baş həkimi Tərlan Bəbirov bildirib ki, xalq artistinin nitqində problemlər var. Həmçinin baş həkimin dediyinə görə, Səyavuş müəllimin beyninə qan sızıb.
Qeyd edək ki, sosial şəbəkələrdə xalq artistinə dəstək olaraq hamı "gəlin xalq artistimizə dua edək!" kampaniyasına başlayıblar.
Bizdə İslamazeri.az internet qəzeti olaraq Səyavuş müəllimə Allahdan şəfa diləyirik.
islamazeri.az