اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً
Bugün: 23.02.2012, 1 Rəbiyül-axır 1433

Xarici mətbuat bu gün nə yazır?

Yayım Tarixi: 27.01.2012 18:02
Xəbərlər
Yazı ölçüsü: büyüt küçült         

haber
Dünyanın gündəmi



İspaniyada çıxan “El Pais” qəzeti cənubi afrikalı vəkil Brayan Kurrinin rəhbərlik etdiyi Beynəlxalq Monitorinq Komitəsinin ETA terror təşkilatını tərksilah olmağa çağırdığını yazıb. ETA-nın terror aktlarına son qoyacağını açıqlamasından sonra yaradılan və təşkilatın siyasi arenaya keçid mərhələsini izləyən Beynəlxalq Monitorinq Komitəsi bildirib ki, təşkilat tərksilah olmasa, çox təhlükəli nəticələr ortaya çıxa bilər. Qəzet yazır ki, komitənin hesabatında ETA-nın gələcəkdə terror fəaliyyətləri ilə məşğul olmaq kimi niyyətinin olmadığının müşahidə edildiyi bildirilib. ETA isə silahı buraxdığını, amma sülhün təmin olunması istiqamətində Xalq Partiyası hökumətindən hər hansı müsbət addım görmədən silahlarını təhvil verməyəcəyini bildirib. Təşkilat hazırda əlində olan bütün silah və partlayıcılarını etibarlı bir yerə daşıdığını bəyan edib.



Fransanın “Liberation” qəzeti son həftələrdə gündəmdə olan silikon skandalının davamından yazıb. Qəzet yazır ki, insan səhhəti üçün zərərli silikonlardan 2500 nəfər şikayət edincə, bu məhsulları istehsal edən PİP şirkətinin qurucusu Jan Klod Ma “ölümə səbəb olma” ittihamı ilə həbs edilib. Marsiliya prokurorluğunun təlimatı ilə lüks bir villaya basqın edən polis Jan Klod Ma ilə birlikdə şirkətin keçmiş baş direktorunu da həbs edib.



İngiltərədə çıxan “Guardian” qəzeti Liviyada istismar və işgəncələrə dair narahatlıqların getdikcə artıdğını yazıb. Xəbərdə bildirilir ki, Müammər Qəddafinin öldürülməsindən 3 ay keçməsinə baxmayaraq, Liviyada sular durulmur. Ölkənin rəsmi qurumlarının belə qanunsuz silahlı dəstələrin insanlara işgəncə verdiyini etiraf etdiyini yazan qəzet “Amnesty İnternational” təşkilatının dünən yaydığı açıqlamaya yer verib. Açıqlamada çox sayda insanın hələ Liviya həbsxanalarında sistemli işgəncəyə məruz qaldığı bildirilib. Qərb ölkələrinin paytaxtlarında da müvəqqəti hökumətin siyasi və təhlükəsizlik məsələlərində ölkəyə nəzarəti təmin etməkdə çətinlik çəkdiyi düşünürül.“Guardian”ın digər xəbərində isə BBC televiziyasının baş direktoru Mark Tompsonun 8 ildir icra etdiyi vəzifədən ayrılacağı bildirilib. Xəbərə görə, Tompsonun bu il başa çatmadan vəzifədən ayrılması sürpriz sayılır, çünki kimsə onun yayda keçiriləcək olimpiya oyunlarından əvvəl vəzifədən gedəcəyini düşünmürdü. Hələlik Tompsonun istefa tarixi dəqiq bəlli deyil, amma baş direktora yaxın mənbələr onun keçən il 770 min sterlinq qazandıran işini dərhal buraxmağa hazırlaşdığını iddia edir. “Guardian” Tomsponun istefasından sonra BBC-də baş direktorluq üçün yarışacaq 3 namizəddən ikisinin qadın olduğunu yazır.



İngiliscə çıxan Çin qəzeti “China Daily” Davos Forumundan yazıb. Xəbərdə Davos Forumunun bədbin proqnozlarla boğuşduğu bildirilir. Forumun keçirildiyi qəsəbəyə bir ağırlıq çökdüyünü qeyd edən “China Daily” Avropadakı borc böhranının və qlobal iqtisadiyyata hakim olmağa başlayan durğunluq gözləntisinin Davos zirvəsinə əvvəlcə tayı-bərabəri görünməyən kölgə salsığını yazır. Qəzetə açıqlama verən Nobel mükafatı laureatı, banqladeşli iqtisadçı Məhəmməd Yunis Davosda depressiya havasının hakim olduğunu, gələcəkdə vəziyyətin yaxşılaşacağına dair inamın azaldığını bildirib. 1971-ci ildən bəri Davos Forumlarında iştirak edən Yunis, bu ilki ağır atmosferin xatırladığı ən ağır hava olduğunu deyib.


ABŞ-da çıxan “İnternational Herald Tribune” qəzeti ABŞ-dakı prezident seçkiləri yarışından yazıb. Xəbərdə Nümayəndələr Palatasının keçmiş sədri və respublikaçıların namizədi olan Qinqriçin qədim və sərt siyasət anlayışını yenidən canlandırdığı bildirilib. Qəzet yazır ki, 1998-ci ildə Nümayəndələr Palatasına sədrlik edərkən də dalaşqanlığı ilə tanınan Qinqriç yenidən əvvəlki halına qayıdıb. Mit Romni və Barak Obama isə Qinqriçin yeni hədəfləridir…



Rusiyada çıxan “Nezavisimaya Qazeta” “Mərkəzi Seçki Komissiyası at gedişi edir” başlıqlı xəbərində yazır ki, bu gün MSK sədri Vladimir Çurov Dumada deputatların suallarını cavablandıracaq. Bu toplantıdan əvvəlsə MSK-nın at gedişi etdiyini yazan qəzet qeyd edir ki, komissiyanın baş katibi Nikolay Konkin seçki komissiyalarından siyasi partiyaların nümayəndələrinin uzaqlaşdırılmasını istəyib. “Vahid Rusiya” Partiyası bu təklifi dəstəkləyib. “Nüzavisimaya Qazeta” yazır ki, Konkin bu təklifin şəxsi fikri olduğunu söyləsə də, ekspertlər buna inanmırlar. Konkin təklifini onunla əsaslandırıb ki, partiya nümayəndəsi olan komissiya üzvləri qanuna deyil, liderlərinin tapşırıqlarına əməl edirlər və seçki prosesini pozurlar. Ekspertlər isə bildirirlər ki, partiya nümayəndəsi olan komissiya üzvləri seçki günü komissiyalarda baş verən saxtakarlıqlarla bağlı informasiya daşıyıcıları olduğu üçün MSK onların uzaqlaşdırılmasını istəyir: “Necə deyərlər, partiya yoxdursa, problem də yoxdur!”.


islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768