اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Xeyirxah insanların nəzərinə şad xəbər

Yayım Tarixi: 11.12.2011 21:27
Mərhəmət
Yazı ölçüsü: büyüt küçült         

haber
"SEVGİ, ŞƏFQƏT VƏ MƏRHƏMƏT İNSANLIĞIN MƏHƏK DAŞIDIR" (Həzrəti Məhəmməd s.)

Əziz saytımızın izləyiciləri, bir müddət öncə İslamazeri.az İnternet Qəzetində Məşədiyeva Xatirə xanımla bağlı xəbər verilmişdi.
Xatirə ananın səhhətindəki problemlərin aradan qaldırılması ilə əlaqədar yardım kampaniyası başlamışdı.

Əsas iki problem mövcud idi: xanımın gözləri görmürdü və protez ayağa ehtiyacı var idi.

Bu xəbər verildikdən bir müddət sonra Xatirə xanım protez ayaqla təmin edilmişdi, lakin görmə problemi qalmaqda idi.

Qısa müddət əvvəl isə Xatirə anamızın göz əməliyyatı üçün lazım olan məbləğ də təmin edilmişdir.

Xatirə xanım son olaraq muayinə edildikdən sonra əməliyyat üçün İran İslam Respublikasına aparılmalı idi.
Lakin son müayinədə məlum olmuşdur ki, İranda əməliyyat olunsa belə Xatirə xanımın görmə qabilliyyəti zəif olacaqdır.
Həmçinin müayinənin nəticəsi göstərmişdir ki, bu əməliyyat bir dəfəyə edilə bilməz və mərhələli şəkildə aparılmalıdır. Bu mərhələli mualicə isə Azərbaycanda da mümkündür.

İlk olaraq Zərifə Əliyeva adına göz klinikasında (Baş mütəxəssis Lalə Axundovanın rəhbərliyi altında), daha sonra isə “Briz-L” klinikasında ( Dr. Xəlilin rəhbərliyi ilə) bir neçə təkrar muayinədən keçdikdən sonra Xatirə xanımın sol gözünün mirvari suyu çəkilmiş və gözə linza qoyulmuşdur.
Nəticədə Xatirə ananın sol gözünün yaxın məsafədən(1 m.) normal görmə qabiliyyəti bərpa edilmişdir.
Bu ilk mərhələdə yalnız analiz və dərmanlar üçün lazım olan məbləğ ödənilmiş, qalan xərcərlər isə istənilməmiş, yəni pulsuz həyata keçirilmişdir.( Əməllyatın pulsuz həyata keçirilməsində məsələyə xüsusi həssaslıq və canıyananlıqla yanaşan Lalə Axundovaya və Dr. Xəlilə təşəkkürümüzü bildiririk.)

Bir neçə gündən sonra isə mualicənin növəti mərhələsinin başlanması planlaşdırılır. Bu mərhələdə sol gözün daxili əməliyyatı aparılacaqdır(Zərifə Əliyeva adına göz klinikasında Lalə Axundovanın başçılığı ilə).

Hələlik yalnız bu qədər məlumat verə bilərik. Amma yeniliklər olduqca sizi məlumatlandırmağa çalışacağıq.
Bütün proses başa çatdıqdan sonra isə tam, ətraflı informasiyanı verəcəyik.(Mualicənin gedişatı, xərclənən və xərclənməyən məbləğ, köməklik göstərən fiziki və hüquqi şəxslər, həmçinin mualicədən sonra Xatirə anamızın təminatı və s.)

Xatirə anaya istər maddi köməklik göstərən, istər zaman ayırıb mualicənin reallaşması üçün cəhd göstərən, istərsə də dualarında anamızı yaddan çıxarmayan hər kəsə Xatirə xanımın adından və öz adımızdan dərin minnətdarlıq hissi ilə təşəkkür edirik.

İnşaallah daha xoş xəbərlərlər ümidi ilə ...
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Şərh et yorum

ŞƏRHLƏR

Zehra
12.12.2011 22:49

allah yardim sever insanlardan razi olsun
Şərh et yorum

 

Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768