اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Xeyirxah insanların nəzərinə (Yenilənib)

Yayım Tarixi: 30.06.2011 13:33
Mərhəmət
Yazı ölçüsü: büyüt küçült         

haber
"SEVGİ, ŞƏFQƏT VƏ MƏRHƏMƏT İNSANLIĞIN MƏHƏK DAŞIDIR" (Həzrəti Məhəmməd s.a.a.s.)

Bir müddət öncə redaksiyamıza bir zəng gəldi.
Məşədiyeva Xatirə adlı bir nəfərin təcili yardıma ehtiyacı olması ilə bağlı.
Zəng vuran xanım deyirdi ki, o,uzun illərdir şəkər xəstəliyindən əziyyət çəkir.
Bu xəstəlik hər insanda təsir qoyduğu kimi anamızda da çox ağır təsirlər qoyub.
İslam-Azeri.az İnternet qəzetinin müxbiri məsələ ilə bağlı daha dəqiq və geniş məlumat almaq üçün Xatirə xanımın qaldırıldığı PirAllahıdakı 3 saylı xəstəxanaya yollandı.

Onunla söhbətdən sonra məlum olub ki, Xatirə xanımın 49 yası var.
Həyat yoldaşı onu və azyaşlı qızını 9 il öncə atıb gedib. Başqa biri ilə ailə qurub.
İndi bu ana himayəsində 14 yaşlı qızı ilə qalıb.
Pirallahı qəsəbəsində məskunlaşan ailə çox ehtiyaclı vəziyyətdədir və əlilliyə görə aldığı təqaüdlə yaşayır.
Bir də qonşularının arabir etdiyi kömək ilə.
Anasına xidmət etdiyinə və maddi imkansızlığı görə, 14 yaşlı Fatimə 1ildir məktəbə gedə bilmir.

Xatirə xanım 24 il dövlət idarələrində müxtəlif işlərdə çalışıb.
Təqaüdə çıxdıqdan sonra isə bunun müqabilində birdəfəlik təqaüd kimi 700 manat alıb.
O pulu da qısa zamanda xəstəliyinin müalicəsi üçün (iynə, dərman) xərcləyib.
Lakin onun xəstəliyinin mualicəsinə bundan daha çox vəsait tələb olunur.
Xəstəlikdən sonra onun qara ciyər, dalaq, böyrəklərində problemlər yaranıb.

Amma Xatirə xanımın maddi durumu ona səhhətində meydana gəlmiş bu problemləri həll etməyə imkan verməyib.
Qazandığı az miqdarda maaşı ilə yalnız azyaşlı qızını saxlamağa gücü çatıb.
Öz səhhətini isə arxa planda saxlayıb. Bunun nəticəsi kimi Xatirə anamızın səhhəti daha da ağırlaşıb.
Belə ki, keçən il Xatirə xanımın hər iki ayağı qanqren olub.
Həkimlərin səyi nəticəsində ananın sol ayağını xilas etmək mümkün olsa da, sağ ayağı diz nahiyəsindən amputasiya edilib.
Bir ayağını itirən anamız bir neçə aydan sonra gözlərinin nurundan da məhrum olur və çox çarəsiz vəziyyətdə qalır.

Hal hazırda anamızın hər iki gözü görmür.
Həkimlərin bildirdiyinə görə, bir gözünün tor qişası dağılıb, digər gözünün açılmasına isə əməliyyat olunarsa çox böyük ümid var.
İndi bu ehtiyaclı ailə qeyrətli və qədirbilən xalqımıza səslənib yardım istəyir.

Xatirə xanımın istəyi çox deyil. O, sadəcə gözlərinin açılmasını və öz təməl ehtiyaclarını qarşılamaq üçün protez ayağının taxılmasını istəyir.

Əvvəla hər kəsə etdikləri yardım üçün həm Xatirə xanımın, həm də İslamazeri.az İnternet Qəzetinin adından minnətdarlığımızı bildiririk.
Artıq tələb olunan vəsaitin 2898 $ yığılıb və əməliyyat üçün İran İslam Respublikasının Təbriz şəhərində həkim təyin olunub.
Əməliyyatın qiyməti 2500 AZN dəyərləndirilib.
Tələb olunan məbləğin çox az hissəsi qalıb. Xatirə xanım sentyabr ayının sonuna qədər İrana əməliyyata aparılmalıdır.
Artıq Xatirə xanımın protez ayağı da taxılıb.
Onun, yerimə qabiliyyəti yenidən bərpa olub.
İndi isə son məbləğ yığılan kimi Xatirə ananın göz əməliyyatı da həyata keçiriləcək.
Duyarlı vətəndaşlarımıza öz minnətdarlığımızı bildirik!

Xatirə xanıma yardım edən şəxslər İslamazeri.az-a bu barədə məlumat versinlər. Lazım olan məbləğ yenilənsin.
 E-mail: infoislamazeri@gmail.com

Məşədiyeva Xatirə xanımla bir-başa əlaqə saxlamaq üçün: 012-457-29-36, 055-422-73-27

Bir daha qeyd edək ki, lazım olan məbləğin 2898 dolları yığılıb.
Əməliyyata lazım olan məbləğ isə 3170 dollardır (2500 AZN).
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Şərh et yorum

ŞƏRHLƏR

Elshad
11.10.2011 00:14

mende qardashin fikriyle tam raziyam
Anar
25.07.2011 21:07
Meslehet:
BismillahirRehmanirRehim.siz bir sms nomresi duzeltseniz biz ora kontur gundersek.belke daha yaxsi olar.bele bir isi islamazeri sirketi azercell sirketi ile muqavile ile nese elemek mumkun olsa yaxsi olardi
Şərh et yorum

 

Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768