اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Xocalı faciəsinin ildönümündə konsert

Yayım Tarixi: 18.02.2012 12:32
Xəbərlər
Yazı ölçüsü: büyüt küçült         

haber
Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti adlı təşkilatın fevralın 27-də konsert keçirməsinə etiraz

Beynəlxalq Diaspor Mərkəzi (BDM) Xocalı Soyqırımını Tanıtım İctimai Birliyi və bir sıra digər təşkilatlar dünyanın hər yerində Azərbaycan diasporunun Xocalının anım tədbirləri keçirdiyi vaxtda Sankt-Peterburqdakı diaspor nümayəndələrinin konsert şənliyi təşkil etməsindən hiddətləniblər. 

Konsertin təşkilatçısı olan Vaqif Məmişov  APA-ya açıqlamasında belə bir tədbirin keçiriləcəyini təsdiqləyib: “Birincisi, burada 380 min azərbaycanlı yaşayır. İkincisi, Xocalı faciəsi fevralın 25-dən 26-a keçən gecə baş verib, 27-də yox ki! Biz də hər il fevralın 25-26-da bu hadisəni bir yerdə yığışıb yada salırıq. Bu il də yığışıb yada salarıq”.

V. Məmişov onların ünvanına səslənən ittihamları əsassız adlandırıb: “20 yanvar faciəsindən sonra ayın 21-də Azərbaycanda da konsert olur. Bizim burada fevralın 27-də keçirəcəyimiz konsert Rusiyada prezident seçkilərinə dəstək konsertidir. Burada gün seçmək bizdən asılı olmadı. Sankt Peterbuqrdakı 12 min nəfərlik sarayda yalnız ayın 27-də boş yer var”. 

Qeyd edək ki, həmin konsertdə iştirak etmək üçün Azərbaycandan müğənnilər Eyyub Yaqubov, Rəhim Rəhimli, Sevda Yəhyayevə, Namiq Qaraçuxurlu, İbrahim Borçalı, Rafael və Coşqun dəvət olunublar. 

Azərbaycan qeyri-hökumət təşkilatları bununla bağlı bu il fevralın 20-də Xocalı faciəsinin şahidləri, Qarabağ veteranları, şəhid ailələri, QHT nümayəndələri və sənətçilərin iştirakı ilə etiraz tədbiri keçirəcəklər.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768