اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Yəmən 1 nəfərdən prezident seçir

Yayım Tarixi: 21.02.2012 13:25
Dünya
Yazı ölçüsü: büyüt küçült         

haber
Ölkədə seçkiqabağı partlayışlar törədilib

Bu gün Yəməndə növbədənkənar prezident seçkisi keçirilir. Seçkidən bir gün əvvəl Ədən və Məkəllə şəhərlərində 3 seçki məntəqəsində partlayışlar törədilib. Partlayışlar nəticəsində ölən yaxud yaralanan olmayıb. Ədəndəki seçki məntəqəsi tamamilə dağılıb. Ölkə başsısı postuna cəmi 1 namizəd var - Yəmənin vitse-prezidenti Əbd Rabbo Mənsur Hadi. Yeni prezident 2 il müddətinə seçiləcək, bu müddət ərzində ölkədə yeni siyasi sistemin müəyyənləşdirilməsi və yeni konstitusiyanın işlənib hazırlanması üçün milli dialoq konfransı çağrılmalıdır.

Xatırladaq ki, Yəmənin keçmiş prezidenti Əli Abdulla Saleh və ölkə müxalifəti ötən il noyabrın 23-də Səudiyyə Ərəbistanında Yəməndəki böhranın həlli yoluna dair planı imzalamışdı. Bu plan Əli Abdulla Salehin cinayət məsuliyyəti təqibinə qarşı toxunulmazlıq müqabilində hakimiyyəti vitse-prezidentə təhvil verməsini nəzərdə tuturdu. 

Qeyd edək ki, Yəməni 33 ildən çox idarə etmiş Salehin istefası tələbi ilə anti-hökumət nümayişləri 2011-ci ilin fevralında başlamışdı. İğtişaşlar zamanı yüzlərlə adam ölüb, minlərlə adam yaralanıb. İyulun 3-də məscidin atəşə tutulması zamanı Əli Abdulla Saleh ağır yaralanmış və müalicə üçün Səudiyyə Ərəbistanına getmişdi. Hazırda Yəmənin keçmiş prezidenti ABŞ-da müalicəsini davam etdirir. \anspress\
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768