Bu göstəricilər yaşıl çayın bizi yaşlandığımız zaman fəal, çalışqan saxlayacağına sübut sayıla bilməz, tədqiqatçılar bu fenomeni belə izah edir ki,..
Yaponiyada aparılmış yeni tədqiqatlar zamanı müəyyən olunub ki, müntəzəm yaşıl çay içən yaşlı insanlar öz yaşıdlarına nisbətən daha fəal və sərbəst qalmaqda davam edirlər.
Yaşıl çayın tərkibində antioksidant xarakterli müəyyən kimyəvi maddə var.
Bu kimyəvi birləşmə EGCG kimi tanınır və o, bizim bədənimizi xəstəliklərə gətirib çıxaran hüceyrə zədələnmələrindən qoruyur. Tədqiqatçılar yaşıl çayın xərçəng xəstəliyinin bəzi növlərindən tutmuş, xolesterinə qədər olan təsirini öyrəniblər.
Yeni tədqiqatlar göstərib ki, yaşıl çay içən yaşı 65-dən yuxarı olan insanlar yaxın 3 il ərzində funksional əlilliyin inkişafına daha az meyllidirlər.
Funksional əlillik gündəlik həyatımızda özünü göstərir. Bunlardan alış-veriş zamanı və ev işləri zamanı çətinlikləri və ya vacib tələbatlardan olan geyinmək və çimmək prosedurunun yerinə yetirilməsində çətinlikləri göstərmək olar.
Gündə bir fincandan az yaşıl çay qəbul edən təqaüdçülərin 13 faizindən çoxu disfunksiyadan əziyyət çəkirlər. Gün ərzində 5 fincandan çox yaşıl çay içənlərin faizi 7-dən bir qədər çoxdur.
Əlbəttə ki, bu göstəricilər yaşıl çayın bizi yaşlandığımız zaman fəal, çalışqan saxlayacağına sübut sayıla bilməz.
Tədqiqatçılar bu fenomeni belə izah edirlər ki, yaşıl çayı seçən insanlar ümumiyyətlə düzgün qidalanma rasionuna riayət edirlər.
Yaşıl çay içməyənlər isə bunun ziyanlı analoqu olan kofeini seçirlər.
islamazeri.az